Riqada “Bakı ritmləri Riqanın qəlbində” fotosərgisi açılıb
22.05.2015 [09:30]
Mayın 21-də qədim Riqada Latviya paytaxtının meriyası, Latviyanın Xarici İşlər Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə “Bakı ritmləri Riqanın qəlbində” fotosərgisi açılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Riqa şəhərinin vitse-meri Andris Ameriks, Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç, Azərbaycanın səfiri Elman Zeynalov, Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun, KİV-in nümayəndələri iştirak ediblər.
Riqa şəhərinin vitse-meri Andris Ameriks qonaqları salamlayaraq deyib ki, Riqanın mərkəzində açılmış sərgi uğurlu Latviya-Azərbaycan əməkdaşlığına əyani misaldır. A.Ameriks qeyd edib ki, bir ay bundan əvvəl Bakıda olub, məşhur Azərbaycan qonaqpərvərliyini görüb. Vitse-mer Bakının gözəlliyinə məftun olduğunu xüsusi vurğulayıb. A.Ameriks deyib: “Ümidvaram ki, bu sərgi bütün sahələrdə Azərbaycan ilə Latviya arasında daha sıx əməkdaşlığa kömək göstərəcək”.
Novruz Məmmədov iki xalqın dostluq timsalı olan bu sərginin açılışında iştirak etməkdən məmnun olduğunu bildirib. N.Məmmədov deyib: “Ölkələrimiz arasında gözəl ikitərəfli münasibətlər yaranıb, onları nümunəvi adlandırmaq olar”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Bakı haqqında deyilən səmimi sözlərə görə minnətdarlığını bildirib, bu sərginin açılışına görə Riqa şəhərinin meriyasına və Latviya XİN-in rəhbərliyinə təşəkkür edib. N.Məmmədov Azərbaycan diasporuna müraciət edərək deyib ki, sərgi Latviyanın mədəni və iqtisadi inkişafına kömək göstərir. O, diaspor nümayəndələrinə əlaqələrin möhkəmləndirilməsi işində uğurlar diləyib.
Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç qonaqları salamlayaraq qeyd edib ki, bu sərgi Riqa sammiti ərəfəsində açılıb, sammit Şərq ilə Avropanı birləşdirir, iki ölkə arasında çoxcəhətli əməkdaşlığın bir çox sahələrini əhatə edir.
Sonra Novruz Məmmədov sərgi ilə tanış olub. O, Azərbaycan diasporu nümayəndələri ilə söhbətində onların fəaliyyətindən razı qaldığını bildirib, tarixi vətənlə əlaqəni kəsməməyə, Azərbaycanı təbliğ etməyə çağırıb.
Fotosərgiyə baxmağa gələnlər Azərbaycanın paytaxtı Bakı şəhərinin təkrarolunmaz görüntülərinə tamaşa edəcək, bu şəhərdə Şərq ilə Qərbin mədəni irsinin necə birləşdiyini hiss edəcəklər.
Fotosərgi üç həftə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

