Heydər Əliyev Mərkəzində məşhur “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi açılıb
13.06.2015 [10:37]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib
İyunun 12-də Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin açılış mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Arzu Əliyeva və “Bakı-2015” ilk Avropa Oyunlarının açılış mərasimini izləmək üçün paytaxtımıza gələn Monako knyazı, Qreys Kellinin oğlu, Monako Şahzadəsi II Albert iştirak ediblər.
Birinci Avropa Oyunları zamanı şəhərimizin sakinləri və çoxsaylı qonaqları üçün növbəti hədiyyə Heydər Əliyev Mərkəzində bütün dünyada ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan “Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisinin təşkil edilməsi olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində xarici ölkələrdən Bakıya səfər edən tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüb.
Mehriban Əliyeva və II Albert sərginin açılışını bildirən rəmzi lenti kəsiblər.
Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar və Monako Şahzadəsi II Albert sərgi ilə tanış olublar.
Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin həyat yoluna həsr olunub.
Heydər Əliyev Mərkəzindəki sərgi premyera ilə də yadda qalacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim edilir. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin sevimli avtomobilləri də var. Onlar ilk dəfə məhz Bakıda nümayiş olunur. Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılır. Qreys Kelliyə məxsus aksessuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları var. Sərgidəki libaslar, Qreys Kellinin geyimləri və aksessuarlar onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verir. Bir vaxtlar Qreys Kellinin “Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm” sözləri qəzet və jurnallarda sitata çevrilmişdi. Sərgi bu sözlərin müəllifi Qreys Kellinin timsalında sadəlik və stil ikonası olmağın sirlərini öyrənməyə imkan verir.
“Qreys Kelli: Şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.
Qreys Kelli Hollivudun məşhur kino ulduzlarından olub. O, 1951-1956-cı illərdə Qari Kuperlə birlikdə çəkildiyi “Günorta çağı” filmi daxil olmaqla 11 ekran əsərində rol alıb. Qreys Kelli tanınmış rejissor Alfred Hiçkokun sevimli aktrisası idi. A.Hiçkok gözəl aktrisanı bir neçə filmində baş rola çəkib. Qreys Kelli “Kənd qızı” filmində yaratdığı obraza görə “Oskar” mükafatına layiq görülüb. O, həmçinin, iki dəfə “Qızıl qlobus” mükafatını qazanıb. 1955-ci ildə Kann Film Festivalı zamanı Monako knyazı III Renye ilə tanışlığı isə onun həyatının axarını dəyişdirib. Qreys Kelli bu tanışlıqdan bir il sonra III Renye ilə evlənərək kino karyerasına son qoyub. Üç övlad anası olan şahzadə Qreys ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğul olub. Həm aktrisalıq, həm də Monako şahzadəsi olduğu dövrlərdə özünəməxsus tərzinə, mükəmməl geyim zövqünə görə diqqəti cəlb edib.
Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

