Azərbaycan yazıçısı Kamal Abdulla İtaliyada “Scanno” mükafatına layiq görülüb
22.09.2015 [10:24]
İtaliyanın L’Aquila şəhərində Tanturri Fondunun təsis etdiyi məşhur 42-ci “Scanno” mükafatının təqdimat mərasimi keçirilib.
Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın da layiq görüldüyü bu mükafatın təqdimat mərasimində İtaliyanın ədəbi və mədəni, siyasi dairələrinin nümayəndələri, incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Ənənəvi olaraq hər il Tanturri Fondu ədəbiyyat, hüquq, sosiologiya, ekologiya, tibb, musiqi, ədəbiyyat və digər nominasiyalar üzrə fərqlənən şəxslərə “Scanno” mükafatını təqdim edir. Yazıçı Kamal Abdulla da italiyalı oxucular tərəfindən böyük maraqla qarşılanan “Yarımçıq əlyazma” romanına görə bu ölkədə ən prestijli mükafatlardan sayılan ədəbiyyat üzrə xüsusi “Scanno” mükafatına layiq görülüb. 1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş “Scanno” mükafatı müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu günədək “Scanno”ya layiq görülmüş şəxslər arasında İtaliyanın sabiq Baş naziri Romano Prodi, Nobel mükafatçısı Mario Vargas Llosa, məşhur aktyor Mikele Plaçido, dünyanın müxtəlif ölkələrinin ali dövlət mükafatları ilə təltif olunmuş görkəmli şəxslər yer alır. Yazıçı Kamal Abdullanın da bu cür mükafata layiq görülməsi Azərbaycan ədibinin yaradıcılığına dünya miqyasında verilən qiymətin göstəricisidir.
Mərasimdə vurğulanıb ki, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı ədəbi keyfiyyətinə və böyük tirajla satışına görə seçilən nəşrlər arasındadır. Romanda klassik ədəbiyyatla qədim tarixə aid mifologiyanın vəhdətdə təqdim olunması italiyalı ədəbiyyatsevərlərin diqqətini cəlb edib.
Tədbirdə Kamal Abdullanın adından mükafatı alan Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov çıxış edərək ədəbiyyatımıza verilən bu qiymətə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Cənubi Qafqaz regionunda ən sürətlə inkişaf edən Azərbaycan multikonfessional və multikultural bir ölkədir. O deyib: “Sülh içində birgəyaşayış və tolerantlıq Azərbaycanda kök salmış ənənələrdir. Tarixən Böyük İpək Yolu üzərində yerləşən, müxtəlif xalqlar və dinlər arasında körpü rolunu oynayan Azərbaycan Qərb və Avropa ilə həmişə yaxın əlaqələr qurub”.
Azərbaycan-İtaliya əlaqələrinə toxunan səfir ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən siyasət, mədəniyyət, iqtisadiyyat və digər istiqamətlərdə münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, hazırda İtaliya Avropa regionunda Azərbaycanın önəmli tərəfdaşıdır. Ölkəmiz İtaliyada keçirilən mədəni və iqtisadi tədbirlərin fəal iştirakçısıdır. Bu sırada “Milan Expo 2015” beynəlxalq sərgisi və “Venesiya Biennalesi” Beynəlxalq İncəsənət Sərgisi xüsusi önəm kəsb edir.
Tədbirdə mükafata layiq görülənlər çıxış edərək İtaliyanın mədəni həyatında mühüm hadisə sayılan “Scanno” mükafatının müxtəlif sahələrdə uğur qazanan, fəaliyyəti, gördüyü işləri və yaradıcılığı ilə böyük əks-səda doğuran görkəmli şəxslərə təqdim edilməsinin yeni nailiyyətlərə cığır açdığını diqqətə çatdırıblar.
Mərasim konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

