“Sonsuz dəhliz” filmi “Eurochannel” kanalında nümayiş olunacaq
10.12.2015 [10:18]
Dekabrın 11 və 12-də beynəlxalq “Eurochannel” /http://www.eurochannel.com/ televiziya kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçiriləcək.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildiriblər ki, filmin nümayişi haqqında məlumat “Eurochannel”ın veb saytında (http://www.eurochannel.com/en/Endless-Corridor-Lithuania.html#sthash.ljQaMbYF.dpuf) yerləşdirilib.
Sayt məlumat verir ki, rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz dəhliz” filmi litvalı jurnalist Riçard Lapaytisin müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyir ki, Xocalı qırğını haqda xatirələr onu hələ də izləyir.
“Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur”, - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.
Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri “Sonsuz dəhliz”də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar.
Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
“Sonsuz dəhliz” filmi beynəlxalq kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Bu film bir çox mükafatlar alıb, o cümlədən “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülüb.
“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
Filmin nümayişi “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyası və İsrailin “Channel 1” televiziya kanallarında da baş tutub.
Filmin rejissoru Aleksandras Brokasın “Eurochannel” kanalının saytında müsahibəsi də yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

