Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi
29.12.2015 [09:40]
Dekabrın 26-da Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin Rusiyanın Dövlət Şərq Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu bildirib. O deyib: “Bizim üçün ən önəmli məsələlərdən biridir ki, məhz bu Mərkəzdə dünya şöhrətli sənətkarların əsərləri nümayiş olunur, ən məşhur sərgilər burada təqdim edilir. “Baburnamə” miniatürlərindən ibarət sərginin təşkili ciddi mərhələlərdən keçib. Bu sərginin Azərbaycana gətirilməsində bütün komanda üzvləri böyük səy göstərdi. Bu layihənin həyata keçirilməsinə dəstəyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürümü bildirirəm”.
Sərginin 2015-ci ildə Heydər Əliyev Mərkəzinin yekun tədbiri olduğunu deyən A.Ələkbərov qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edib. Diqqətə çatdırıb ki, qarşıdan gələn bayram günlərində Mərkəzin qapısı ziyarətçilərin üzünə açıq olacaq.
Sonra Rusiyanın Dövlət Şərq Muzeyinin baş direktoru Aleksandr Sedov sərgi haqqında məlumat verib.
Bildirib ki, ekspozisiyadakı “Baburnamə” əsərinə çəkilmiş 57 miniatür Muzey tərəfindən ilk dəfədir nümayiş etdirilir. A.Sedov deyib: “Bu kolleksiya bütünlükdə ilk dəfədir vətənini - Rusiyanı tərk edərək xaricdə nümayiş olunur. Çox şadam ki, dünyada ilk dəfə bu kolleksiyanı nümayiş etdirmək imkanı Bakıda yaranıb. Bakı son 2-3 ildə mənim sevimli şəhərlərimdən olub. Mən Şərqə çox səyahət etmişəm. İki il əvvəl Bakıya gəldim və şəhərə, insanlarının mehribanlığına valeh oldum. Əziz bakılılar, çox şadam ki, bu sərgi sizin qarşınızda, sənətsevərlərin qarşısında təqdim edilir. Məlumdur ki, Şərq miniatürü məktəbi - Təbriz məktəbi və ya Azərbaycan məktəbi dünyada aparıcı olub və bu gün də məşhurdur. Düşünürəm ki, o dövrə aid təqdim edilən “Baburnamə” sərgisi də sizin üçün maraqlı olacaq. Bu sərginin qısa müddətdə Azərbaycanda təşkilinə görə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm. Biz heç gözləmirdik ki, ölçü baxımından kiçik olan bu əsərlər bu möhtəşəm məkanda bu dərəcədə gözəl görünəcək. Ümidvaram ki, sərgi sizin üçün maraqlı olacaq”.
Məlumat verilib ki, Moğol imperiyasının banisi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) yazdığı “Baburnamə” türk və İslam ədəbiyyatında memuar janrında ilk əsərdir. Müəllif burada öz həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.
“Baburnamə” 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib. Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar. 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə fransız dilinə tərcümə edilib.
Heydər Əliyev Mərkəzində nümayiş olunan miniatürlərin XVI əsrin sonuncu onilliyində Baburun nəvəsi Əkbər şahın Aqra və ya Lahor şəhərlərindəki emalatxanalarında yaradıldığı bildirilir.
Qeyd edək ki, Şərq ölkələrində orta əsrlərdə miniatür sənəti məşhur olub və əsasən klassik irsin görkəmli nümayəndələrinin əsərləri əsasında yaradılıb.
Bəzi şifahi məlumatlara görə, həmin miniatürləri rus mesenant Aleksey Morozov 1906-cı ildə Nijni-Novqorodda yarmarkada fars tacirlərindən alıb, daha sonra isə onlar Şərq incəsənət abidələrinin kolleksiyaçısı Pyotr Şukinə keçib. Hazırda həmin miniatürlər Moskvada Dövlət Şərq Muzeyində qorunur. Ümumilikdə 57 vərəqdən ibarət kolleksiya ilk dəfə 1960-cı ildə Semen Tülayevin albom-kataloqunda nəşr edilib.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.
Sərgi 2016-cı il fevralın 3-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

