Vətəndaş təəssübkeşliyi və alim cəsarətinin örnəkləri
26.05.2016 [10:18]
Tanınmış alim-tədqiqatçı, publisist Teymur Əhmədovun seçilmiş əsərlərinin tam külliyyatı beş cilddə nəşr olunub
Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun “NURLAR” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla beş cilddə çap olunmuş “Seçilmiş əsərlər”i onun yaradıcılığının bütün dövrlərini əhatə edir.
AZƏRTAC xəbər verir ki, indiyədək alimin 40-dək monoqrafiya və müxtəlif səpkili kitabları, yüzlərlə elmi-kütləvi, publisistik yazıları, otuz adda elmi-ədəbi, ictimai-siyasi nəşrləri oxuculara təqdim edilib. Elmi kadrların hazırlanmasında, monoqrafik tədqiqatların elmi redaktəsində Teymur Əhmədovun əməyi səmərəliliyi və məhsuldarlığı ilə seçilir. Təsadüfi deyil ki, o, respublikamızın tanınmış elm, ədəbiyyat xadimləri tərəfindən “yorulmaz tədqiqatçı”, “cəsarətli publisist”, “iztirablı-bəhrəli ömür sahibi”, “iki əsrin salnaməçisi”, “ruhən təmiz adam” kimi səciyyələndirilir.
Yenicə çapdan çıxmış “Seçilmiş əsərlər”in birinci cildi Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr edilib. Teymur Əhmədovun Bakı, Moskva, Sankt-Peterburq, Həştərxan, Tbilisi şəhərlərinin kitabxana və arxivlərindən əldə etdiyi yeni materiallar, faktlar əsasında hazırladığı “Nəriman Nərimanovun dramaturgiyası” adlı namizədlik dissertasiyası onun aspirantura illərində apardığı gərgin elmi axtarışlarının bəhrəsidir. Monoqrafiya hələ 1966-cı ildə görkəmli elm xadimləri, akademiklər tərəfindən yüksək qiymətləndirilib. Professor Teymur Əhmədov ictimai-siyasi xadim Nəriman Nərimanovu millətimizə qaytaran, tanıdan, nəsillərdən-nəsillərə yaddaşlara hopduran fikir sahibidir. Cəsarətlə demək olar ki, birinci cilddə yer alan “Nəriman Nərimanov: həyatı, mühiti, ədəbi yaradıcılığı” və “Nəriman Nərimanovun dramaturgiyası” sərlövhəli yazılar nəinki bugünkü tədqiqatçılar, eləcə də gələcək araşdırıcılar üçün ən mötəbər mənbələrdən olacaq.
Nəşrin ikinci cildini ədəbi-bədii fikir tariximizə yeni nəzər kimi də dəyərləndirmək olar. Bu cilddə Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, həmçinin Qılman İlkin, Zəlimxan Yaqub və daha neçə-neçə görkəmli söz xiridarlarının yaradıcılığı bir daha zamanın süzgəcdən keçirilərək təhlil edilib.
Yaradıcılığının böyük bir hissəsini Nəriman Nərimanov irsinin tədqiqinə həsr edən Teymur Əhmədovun seçilmiş əsərlərinin üçüncü cildində yenidən bu böyük siyasi xadim və mütəfəkkirin yaradıcılıq yoluna işıq salınır.
Kitabın dördüncü cildini vərəqlədikcə göz önündə müstəqillik illərində demokratik mətbuatımızın inkişafına təkan verən, “Əkinçi” ənənələrinə sadiqlik nümayiş etdirən, məqsədi, məramı bütövlükdə xalqa xidmət olan, onun üçün çalışan, çarpışan bir peşəkar qələm adamının obrazı canlanır. Teymur Əhmədovun çoxşaxəli fəaliyyətində həyat və yaradıcılığına dönə-dönə müraciət etdiyi Əli bəy Hüseynzadə, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli kimi düşüncə korifeylərinin dəst-xətti, düşüncə tərzi özünü göstərir.
Sonuncu cilddəki “Ömrün üç zirvəsi: alim, redaktor, şəxsiyyət” yazısı Teymur Əhmədovu vətənpərvər ziyalı, fədakar alim və gözəl publisist kimi xarakterizə edir.
“Seçilmiş əsərlər”i vərəqlədikcə Teymur Əhmədovun milli mətbuatımızdakı tarixi ənənələrin yaşadılması, bu ənənələrin işığında mətbuatımızın müasir ruhlu tribunaya çevrilməsində əvəzsiz xidmətlərinin şahidi olursan. Beşcildliyə yazılmış “Ön söz” əvəzi yazılar Teymur müəllimi daha yaxından tanımağa bələdçilik edir. Bu yazıların müəllifləri akademiklər Budaq Budaqov, Cəmil Quliyev, professor Xeyrulla Məmmədov, filologiya üzrə fəlsəfə doktorları Allahşükür Qurbanov, Elçin Cabbarov və Şəfəq Nasirdir.
Bir sözlə, “Seçilmiş əsərlər” oxucunu Teymur Əhmədov publisistikasının dərinliyinə aparır, öz cazibəsinə salır. Burada toplanan elmi əsərlər, povest, hekayə və oçerklər, ssenarilər, məqalələr və ədəbi qeydlər müəllifin çoxşaxəli yaradıcılığından, məhsuldar fəaliyyətindən, çox gərəkli elmi tədqiqatlarından xəbər verir.
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

