/ / Roman Viktyukun teatrı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakıda qeyri-adi tamaşa təqdim edib
Roman Viktyukun teatrı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakıda qeyri-adi tamaşa təqdim edib
03.06.2016 [10:10]
“ÜNS” Yaradıcılıq Səhnəsi Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində yenə də Roman Viktyukun teatrının tamaşasını böyük müvəffəqiyyətlə təqdim edib. Mayın 31-də tamaşaçılar dramatizminə görə çox böyük təsir gücünə malik, Çernobıl AES zonasında məlum hadisələrdən sonra insanların həyatından bəhs edən “Zamanların əvvəli və sonunda” tamaşasını sürəkli alqışlarla qarşılayıblar.
İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Çəkməli pişik” (daha doğrusu “Diyircəklər üzərində pişik”) adlı qeyri-adi tamaşanı isə bu dəfə artıq uşaqlar hərarətlə alqışlayıblar.
AZƏRTAC xəbər verir ki, tamaşaya “ÜNS” Teatrının bədii rəhbəri, professor Nərgiz Paşayeva, mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalıların nümayəndələri baxıblar.
Müasir səhnənin tanınmış rejissoru, aktyor və şair Roman Viktyuk tamaşaya quruluş verməklə bərabər, onun musiqi tərtibatını da üzərinə götürüb.
Maraqlıdır ki, “Çəkməli pişik” Şarl Perronun hamımıza yaxşı tanış olan məşhur nağılı deyil, tamaşaya Gümüş əsrin tanınmış şairi Mixail Kuzminin orijinal versiyası əsasında quruluş verilib.
Melodik, parlaq, canlı və müasir! Həqiqətən də gedib bu tamaşaya baxmağa dəyər! Mixail Kuzmin süjetə italyan maska komediyasına xas olan istehza və yüngüllük gətirib. Roman Viktyuk bu ideyaya əsaslanaraq hər bir uşağa tanış olan, amma rəngbərəng kvadratlarla məhdudlaşan bir oyun məkanı yaradıb. Məhz teatrın magiyasına sonsuz inamı Roman Viktyuka imkan verib ki, o, nağılı səhnələşdirərkən porolon maskalardan, çəkilmiş təsvirlərdən və hər cür yöndəmsiz personajlardan imtina edib, istər uşaqları, istərsə də onların valideynlərini valeh edən dinamik təsirli tamaşa yaratsın.
Hər halda tamaşada məşhur nağılın bütün süjet xətləri saxlanılıb: ata mirasından kiçiyinə yalnız Pişik qalan üç qardaş; Şahzadə qız ilə görüş; Pişiyin Adamyeyən üzərində qələbəsi. Maraqlıdır ki, baş qəhrəmanın adı Petruşadır, Adamyeyənin musiqi mövzusu isə “Gecəniz xeyrə qalsın, balalar” verilişinin musiqisidir. Nəhayət, ənənəvi uzunboğaz çəkmələrini diyircəkli konki ilə əvəz edən baş qəhrəman Pişik. Üstəlik, artistlər başgicəlləndirici tryuklar edərək Rusiya ulduzlarının mahnılarına parodiyalar səsləndiriblər. Bütün bunlar tamaşanın dinamikasının böyük maraq oyatdığı heç də bütün üstünlüklər deyil. Tamaşanın gedişatında qəhrəmanların xahişi ilə markiz Karabasın təbəələrinin rollarını oynamaq və Pişiyin düşüncələrinin həyata keçirilməsində ona kömək etmək istəyən gənc tamaşaçıların sayı az olmayıb.
Sözün düzü, gənc tamaşaçılar da tamaşanı qeyri-adi şəkildə təqdim edən R.Viktyuku məyus etməyiblər. Onlar xeyirin şər üzərində zəfər qazanacağına əsla şübhə etmədən R.Viktyukun bütün zarafatlarına çox çevik reaksiya veriblər, Adamyeyənə ürəkdən gülüblər, bir ağızdan Pişiyi xəbərdar ediblər.
Beləliklə, uşaqlar özlərini balaca aktyor kimi hiss ediblər, başlıcası isə bolluca gülüblər. Məlum məsələdir: təkcə bir uşaq gülüşü yer üzünün bütün sərvətinə dəyər!
Rep üslubunda təqdim olunan və xeyirin şər üzərində təntənəsinin labüd olduğu dünyamıza görə sevinc və heyranlıq hissləri ilə aşıb-daşan bu nağıl təkcə uşaqlar üçün deyil, həm də tamaşanın yaradıcı kollektivini ayaq üstündə alqışlayan, onlara bol gül-çiçək bəxş edən valideynlər üçün əsil bayrama çevrilib.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33

