“Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərgi açılıb
18.06.2016 [11:11]
İyunun 17-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, multikulturalizm ili çərçivəsində baş tutan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimov çıxış edərək bu günlərdə Bakıda keçirilən beynəlxalq səviyyəli tədbir - Formula-1 Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, sərginin belə bir ərəfədə təşkil olunması sevindirici haldır. Rəssamlar İttifaqı ölkəmizdə reallaşan beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində hər zaman müxtəlif mövzulu sərgilərlə öz lazımi dəstəyini göstərir. Bu ənənənin davam etdiyini bildirən A.İbrahimov “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərginin xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Bildirilib ki, sərgidə nümayiş olunan 100-dək sənət əsərinin əsas mövzusunu təbiət mənzərələri, humanizm, tolerantlıq, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular əhatə edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.
Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev çıxış edərək sərgidə yer alan fırça ustalarının əsərlərinin bənzərsizliyindən danışıb.
Qeyd olunub ki, sözügedən sərgi fırça ustalarının tolerant bir ölkənin vətəndaşı kimi humanizm və sülh tərəfdaşı olduqlarını bir daha nəzərə çatdırır.
Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır.
Layihənin rəhbəri Elnurə İsgəndərova çıxış edərək təqdim etdiyi layihəsinin məqsədindən söz açıb. Bildirib ki, layihənin əsas məqsədi Bakıda baş tutan Formula-1 Avropa Qran-prisinə dəstək olmaqdır.
Sonra sərgidə fərqlənən bir qrup rəssama müxtəlif hədiyə və diplomlar verilib.
Qeyd edək ki, mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Aişə Axundova da var. O, “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təsis etdiyi “İlin maarifçi müxbiri” diplomu ilə təltif olunub.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi iki gün davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49

