Vətən və xalq qarşısında fədakar xidmət nümunəsi
06.07.2016 [10:03]
General Arif Heydərovun həyat və fəaliyyəti oxuculara yeni nəşrdə təqdim olunur
Elə tarixi şəxsiyyətlər, ictimai və dövlət xadimləri var ki, onların həyat və fəaliyyəti nəinki bu insanları yetirən el-obaya, həm də bütöv bir xalqa nümunə olur. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli dövlət xadimi, 1970-1978-ci illərdə respublikanın daxili işlər naziri işləmiş, nəcib, xeyirxah insan kimi hamının böyük ehtiramını qazanmış general-leytenant Arif Nəzər oğlu Heydərovdur.
AZƏRTAC xəbər verir ki, bu görkəmli insanın anadan olmasının 90 illiyinə həsr edilmiş “General Arif Heydərov” kitabı bu günlərdə çapdan çıxıb.
Kitabda toplanmış xatirələrin ümumi məzmununu bir cümlə ilə belə ifadə etmək olar: Mahir kəşfiyyatçı, bacarıqlı diplomat, dönməz siyasi əqidəyə malik peşəkar çekist və nazir, ləyaqətli vətəndaş və şəxsiyyət.
Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən general Arif Heydərov alman, ingilis, türk, fars dillərinin mahir bilicisi idi. İkinci Dünya müharibəsinin iştirakçısı olan Arif Heydərov Berlinə hücum əməliyyatında iştirak edib, 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşun heyətində kəşfiyyat işində çalışıb.
1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. Səkkiz il - 1970-1978-ci illərdə Azərbaycanın daxili işlər naziri olub. “Qırmızı Bayraq”, “Şərəf nişanı” ordenləri və bir çox medallarla təltif edilib. 1978-ci il iyunun 29-da Bakıda iş başında faciəli şəkildə həlak olub.
General-leytenant Arif Heydərov haqqında danışarkən bir məqam xüsusi vurğulanmalıdır. Bu da onun Ümummilli lider Heydər Əliyevin yüksək etimad göstərdiyi və inandığı rəhbər kadrlardan biri, sadiq silahdaşı və məsləkdaşı, eyni zamanda, yaxın dostu olmasıdır. Kitab Ulu öndər Heydər Əliyevin 1996-cı il iyunun 28-də generalın anadan olmasının 70 illiyinə həsr olunmuş təntənəli tədbirdəki nitqi ilə açılır. Ulu öndər Heydər Əliyev general haqqında deyirdi: “Arif Heydərov mənim üçün sevimli bir insan idi... Arif Heydərov mənim iş yoldaşım, dostum olubdur, tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim, onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə də mən Azərbaycanda rəhbər olarkən o, mənim əsas dayaqlarımdan biri idi. Deyə bilərəm ki, əvvəl dövlət təhlükəsizliyi orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə - 8 il müddətində də çox fədakarcasına çalışdı, çox işlər gördü... Ona verilən adlara, rütbələrə, ordenlərə, medallara o, tam layiq idi və öz sədaqətli işi, saf əməlləri ilə bunların hamısını almağa haqq qazanmışdı. Mən qeyd etdim ki, Arif Heydərov bir insan kimi çox sadə, təvazökar və yaxşı yoldaş idi”.
Həmçinin kitabda general Arif Heydərovun əqidə dostlarının və yoldaşlarının xatirələri dolğunluqla öz əksini tapıb. Generalın “Əlavə izlər” bədii filmi üçün yazdığı ssenari də olduğu kimi kitaba daxil edilib. Nəşrdə general-leytenant Ziya Yusifzadənin “O anadan çekist doğulmuşdu”, Eldar Həsənovun “Mənim tale bələdçim”, sabiq daxili işlər naziri Cəfər Vəliyevin “Möhkəm əqidə”, general-mayor Tofiq Aslanovun “Ləyaqət nümunəsi”, polis polkovniki Fətulla Hüseynovun “Nazirimiz, iftixarımız”, polkovnik Maqsud Məmmədovun “Dostum haqqında xatirələr”, əməkdar jurnalist İradə Əliyevanın “Kəşfiyyatçı. Diplomat. Nazir”, yazıçı Çingiz Abdullayevin “Arif Heydərovun xatirəsinə” və başqa yazılar fədakar insanın həyat yoluna və fəaliyyətinə işıq tutur. Tanınmış çekistin övladı Murad Heydərovla müsahibədə oxucular general Arif Heydərovun həyat və fəaliyyətinin maraqlı məqamları ilə tanış olacaqlar.
Kitabdakı acılı-şirinli xatirələri oxuduqca göz önündə general Arif Heydərovun Vətən və xalq qarşısındakı fədakar xidmətləri bir daha canlanır, bu böyük şəxsiyyət, sanki, roman qəhrəmanına çevrilir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

