Azərbaycan şəhərciyi: “I love Baku” brendi ziyarətçilərin diqqətini daha çox cəlb edir
23.09.2016 [10:25]
Parisin mərkəzində, Eyfel qülləsinin yanında açılmış və Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri olan “Azərbaycan şəhərciyi fransızların və bu şəhərdəki turistlərin sevimli məkanına çevrilib. Jofr meydanında yerləşən “Azərbaycan şəhərciyi”ndə ölkəmiz, onun tarixi və mədəniyyəti, adət-ənənələri, müasir həyatı ilə yaxından tanış olmaq mümkündür.
2014-cü ildən etibarən artıq 3-cü ildir ki, reallaşdırılan layihə Fransa sakinləri və turistlər arasında böyük maraq doğurduğundan bu dəfə “Azərbaycan şəhərciyi”nin konsepsiyası genişləndirilib.
Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan “I Love Baku” təqdim olunur. Bu bölmədə milli ənənələrimizdən qaynaqlanaraq müasir zövqü oxşayan müxtəlif suvenirlər əldə etmək olar.
“I love Baku” ölkəmizin tanınmış ilk hədiyyə və suvenir brendidir. Brendin adət-ənənələrimizi əks etdirən hədiyyə və suvenirləri ziyarətçilərin diqqətini daha çox cəlb edir. Brendin suvenirləri üzərində Qobustan petroqrifləri, Azərbaycan xalçaçılıq motivləri, qədim miniatürlərimiz əks olunur.
Bu gün “I love Baku” stendinin qonaqları arasında gənc istedadlı rəssam Məryəm Ələkbərli də olub.
Şəhərciyin kitabxana zonasında ziyarətçilərin ölkə barədə təəssüratları bir qədər də zənginləşir. Burada Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri nümayiş etdirilir və qonaqlara hədiyyə olunur.
Şəhərcikdə milli mətbəx ənənələrini təbliğ edən Heydər Əliyev Fondunun “Azərbaycan mətbəx mədəniyyəti” adlı yeni nəşrində yer alan şəkillərin müəllifi Fransada yaşayan tanınmış amerikalı fotoqraf Peter Lippmanndır.
“Azərbaycan şəhərciyi”ndə ilk dəfə olaraq “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir ki, Azərbaycandan kənarda keçirilir. Bu dəfə Parisdə təşkil olunan VII “Qız qalası” festivalı zamanı 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan “Qız qalası” maketləri sərgilənir.
Şəhərciyin ziyarətçiləri gündən-günə artır. Sentyabrın 25-dək şəhərcik fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35

