/ / “YARAT” Müasir İncəsənət Mərkəzinin kolleksiyasından olan əsərlərin Mingəçevirdə nümayişinə başlanılıb
“YARAT” Müasir İncəsənət Mərkəzinin kolleksiyasından olan əsərlərin Mingəçevirdə nümayişinə başlanılıb
06.10.2016 [09:37]
“YARAT” Müasir İncəsənət Mərkəzi oktyabrın 5-də Mingəçevir şəhərində “Zamanın izləri” adlı səyyar sərgi təşkil edib.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Dövlət Rəsm Qalereyasında təşkil olunan sərginin açılış mərasimində “YARAT” Müasir İncəsənət Mərkəzinin icraçı direktoru Fərid Abdullayev, təşkilatın əlaqələndiricisi, almaniyalı Anna Fech, ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökumə Kərimova, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək ölkəmizdə incəsənətin inkişafına göstərilən qayğıdan, gənclərin bu sahəyə marağının artmasından danışıblar. Bildirilib ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur. Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn “YARAT” təşkilatının əsas fəaliyyətini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. “YARAT” yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır.
Qeyd edilib ki, “YARAT”ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün imkan yaradır. “YARAT” gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət institutlarının tələbə və məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsi ilə dəstək verməsini öz öhdəsinə götürür.
Tədbirdə məlumat verilib ki, “Zamanın izləri” adlı sərgidə film və fotoqrafiya üzrə çalışan gənc rəssamlar ətrafda hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir və sadə anlayışın ətrafında dolanırlar. Ekspozisiyaya daxil olan əsərlər “YARAT” Müasir İncəsənət Mərkəzinin daimi kolleksiyasının bir hissəsidir. Sərgidə 10 rəssamın əsərləri nümayiş olunur. Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır.
Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı” adlı əsərlər silsiləsi yarım-şəffaf zərifliyə nail olmaq istəyən pleksiqlas üzərindəki epizodları təsvir edir. Olqa Çernişovanın “Ekranlar” adlı əsərlər silsiləsi onun Rusiyadakı həyatının efemer və tanış anlarının ekranlaşdırılmasıdır. Rəssam onun həyat, assosiasiya oyunları və sosioloji araşdırmalar haqqında poetik düşüncələri ilə bu videoları üst-üstə qoyur.
Fərid Rəsulov “Ətalət” adlı video əsərində Qurban bayramı ərəfəsində ümumi ət kəsmə təcrübəsini ekranlaşdırıb. Lakin, hadisələr videoda əks dövriyyədə cərəyan edir və ət tikələrə kəsilmək yerinə, bütövləşir, birləşir. Bu video bizim qavrayışımızın ətrafında suallar yaradaraq, adi baş verənlərə yeni istiqamət verir. Sərgi daha irimiqyaslı və kəskin mövzuları təqdim etmək məqsədi ilə sadə üsulların istifadəsini vurğulayır. İlkin Hüseynovun “Rəngi xatırlayaraq” foto silsiləsi, rəssamın doğma şəhəri olan Gəncənin gündəlik reallığını əks etdirir. Rəssam fotolarında diqqətə gətirdiyi sərt yaşayış şəraiti əl ilə rənglənib, bu isə öz növbəsində daha yaxşı gələcək üçün ümid qığılcımıdır. Oxşar hiss Koka Ramişvilinin “Çay, kofe və süd” videosunda ifadə olunur, burada simasız baş qəhrəmanlar çıxılmaz dövriyyələrdə ilişmiş mayeləri sonsuza qədər masaların üstünə tökürlər. Video əsərlər məcazi metafora olaraq Gürcüstanın reallıqlarını proqresin onun məqsədindən vaz keçməsi kimi görünür.
Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” silsiləsi rəssamın doğma məskəni olan Şərqi Anadoluda infrastrukturun, o cümlədən telefon xəttlərinin olmamasından və tragikomik yaşayış şəraitindən bəhs edir. Yüksək moda estetikasında çəkilmiş bu fotolar müasir dünyanın və avtomatlaşdırılmış yaşayış şəraitinin uyğunsuzluğunu göstərir. Zamir Süleymanovun “Qərar videosu” İslamı qəbul etmiş dörd məşhur şəxsin gündəlik həyat fraqmentlərindən təşkil olunan rəssamın şəxsi mifologiyasını qurur. Video rəssamın şəxsi subyektivliyi prizmasından digərlərinin dini yanaşma və perspektivləri üzərində delikat şəkildə oynayır. Nevin Aladağın “Beş daş oyunu” rəssamın anasından Cənubi Almaniyada böyüdüyü vaxtda öyrəndiyi qədim Mərkəzi Asiya oyununu təsvir edir. Fotoqrafiya silsiləsi oyunu sənədləşdirərək, ənənə və yaddaş mövzusunu və mədəni identikliyin necə ayinlər vasitəsilə ötürüldüyünü tədqiq edir.
Rəşad Ələkbərovun “Şəbəkə” əsəri qədim vitraj sənəti ilə səsləşən mürəkkəb naxış sənəti olaraq, Azərbaycan memarlığının əsas özəlliklərindən birini araşdırır. O, Azərbaycan mədəniyyətinin incilərindən biri olan şəbəkə sənətini davam etdirərək, onun yeni, ələkeçməz nümunələrini yaradır. Həbib Səhərin “Küləklə yazılmışlar” əsəri zamanın axışını və bizim bu dünyadakı rolumuzu simvolizə edir. Necə ki, Yer səthində heç bir şey bədii qalmır, bizim də yaratdığımız hər şey zamanla yox olub gedəcək.
Oktyabrın 10-dək davam edəcək sərgidə nümayiş olunan əsərlər tamaşaçıların böyük marağına səbəb olub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

