/ / Görkəmli bəstəkar Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib
Görkəmli bəstəkar Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib
17.12.2016 [12:30]
Dekabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, AMEA-nın həqiqi üzvi, professor Arif Məlikovun “Not əsərlərinin tam külliyyatı”nın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgisi ilə tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirilib ki, onun balet, simfoniya, oratoriya və digər janrlarda yazdığı əsərlər bu gün sevilə-sevilə dinlənilir. Arif Məlikovun bəstələrinin dünyanın bir sıra ölkələrində səsləndiyini deyən nazir onu zəngin yaradıcılığa malik bəstəkar kimi xarakterizə edib.
Qeyd olunub ki, A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti dünyanın yetmiş teatrının səhnəsində tamaşaya qoyularaq müəllifinə böyük tamaşaçı auditoriyası qazandırıb. Nazir bəstəkarın yaradıcılığının hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini və onun sənətinə xüsusi münasibət göstərildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, bəstəkarın bu gün təqdimatı keçirilən 28 cilddən ibarət “Not əsərlərinin tam külliyyatı” dövlətimizin başçısının dəstəyi sayəsində ərsəyə gəlib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli bəstəkarın yaradıcılığının zənginliyindən söz açıb. Qeyd olunub ki, Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.
Bəstəkarın nota aldığı hər əsərinin özündə yüksək məharət ehtiva etdiyini deyən A.Əlizadə söyləyib ki, görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - “Məhəbbət əfsanəsi” baleti Arif Məlikova dünya şöhrəti qazandırıb. Vurğulanıb ki, Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə yanaşı, müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.
Bəstəkarın əsərlərinin dünyanın 80-dən çox ölkəsində ifa olduğunu bildirən akademik vurğulayıb ki, bundan sonra onun əsərlərinin səslənəcəyi ölkələrin coğrafiyası daha da genişlənəcək.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun “Vətən” vokal-simfonik poeması və “Təzadlar” adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri Xalq artisti Rauf Abdullayev idarə edib.
Konsert proqramı maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

