Tanınmış fransız yazıçısı Jerar Kardon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
19.01.2017 [10:18]
Ölkəmizdə səfərdə olan fransız yazıçısı, “Beynəlxalq Reyn Dərnəyi”nin prezidenti Jerar Kardon Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
1935-ci ildə dünyaya gələn yazıçı humanitar məsələlərin və qadın haqlarının müdafiəsi ilə bağlı 40-dək kitabın müəllifidir. Əsərləri dünyanın ingilis, alman dilləri kimi aparıcı dillərinə tərcümə edilib. Dünya səyahətinə çıxaraq müxtəlif ölkələri onların qadınlarının dili ilə anladan Jerar Kardon beynəlxalq mükafatlara layiq görülüb.
BBMM-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, Mərkəzin icraçı direktoru Azad Məmmədov və qurumun Aparat rəhbəri Aytən Qəhrəmanın iştirakı ilə keçirilən görüşdə Dövlət müşaviri Azərbaycan multikulturalizmi modeli, ölkəmizdə əsrlərdir mövcud olan multikultural dəyərlər və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin Fərmanı ilə 2014-cü ildə təsis edilən BBMM-in fəaliyyəti dövründə və “Multikulturalizm ili”ndə həyata keçirdiyi layihələrdən söz açıb.
Kamal Abdullayev qonağın Azərbaycan multikulturalizmi modeli və ölkəmizdə yaşayan etnik icmalar və konfessiyalarla bağlı suallarını cavablandırıb.
Səmimi görüş üçün minnətdarlığını ifadə edən Jerar Kardon Azərbaycan və Fransanın multikultural dəyərlərini müqayisə edib: “Azərbaycanda multikulturalizm əsrlərdir mövcud olan həyat tərzidir, oturuşmuş dəyərlər sistemidir. Azərbaycanın dövlət siyasətində multikulturalizm aparıcı xətt kimi gözə çarpır və bu, çox təqdirəlayiqdir. Fransada multikulturalizm ənənələrinin yaşı gəncdir: son 50 ili əhatə edir. Bizdə multikulturalizm anlayışı, sadəcə olaraq, “birgəyaşayış”, yaxud da “birgə yanaşı yaşama” şəklində ifadə olunur. Fikrimcə, bunların məna çaları fərqlidir. Multikulturalizmi daha ali dəyər kimi qiymətləndirərdim. Xüsusilə də haqqında xeyli məlumat öyrəndiyim Azərbaycan multikulturalizmi modeli - əsrlərlə qardaşcasına yaşayan fərqli etnik köklərə və müxtəlif dini inanclar sisteminə etiqad edən insanların mənəvi birliyi kimi yaddaqalandır”.
Jerar Kardon görüş əsnasında qeyd edib ki, ölkəmizə səfərinin məqsədi buranın mədəniyyəti, adət-ənənələri ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq arzusudur. Qonaq bildirib ki, qadınlarla bağlı belə bir layihəni dünyanın bir sıra ölkələrində gerçəkləşdirib. Bu layihədə məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsilə təqdim etməkdir. Jerar Kardon bildirib ki, Azərbaycan qadınlarına həsr olunmuş əsəri iki hissədən ibarət roman şəklində yazmağı planlaşdırır. Birinci hissədə Azərbaycan qadınlarının həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması işıqlandırılacaq, ikinci hissədə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşən, Xocalı faciəsində erməni separatçıları tərəfindən əzizləri qətl edilən, müsibətlərlə üzləşən qaçqın Azərbaycan qadınının taleyi yer alacaq.
Dövlət müşaviri Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfər etməsini yüksək dəyərləndirib və qeyd edib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrə böyük önəm verir, ictimai-siyasi həyatda fəal iştirak edir, mühüm dövlət vəzifələrində təmsil olunurlar. Kamal Abdullayev fransız yazıçısının ölkəmizdə yaşayan müxtəlif etnik mənşəyə malik Azərbaycan qadınları ilə ünsiyyət və görüşlərinin yazılacaq kitabda yer almasının daha çox oxucu kütləsinin marağına səbəb olacağına inandığını qeyd edib.
Görüş zamanı Jerar Kardon Kamal Abdullanın dünyanın bir çox aparıcı dilləri ilə yanaşı, fransız dilinə də tərcümə olunmuş bədii yaradıcılığı ilə tanış olduğunu diqqətə çatdırıb. Yazıçı Kamal Abdulla Jerar Kardonun istəyi ilə onun üçün fransız dilində nəşr edilmiş “Yarımçıq əlyazma” kitabını imzalayıb.
Sonda qonağa BBMM-in nəşrləri və Mərkəzin hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

