Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun konserti olub
04.02.2017 [11:49]
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xorunun konserti keçirilib. Tədbir Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşıb. Konsertdə balacaların ifasında “Kuklam”, “Hər yerdən vətən yaxşı”, “Əlvida, bağça”, “Qiymətlərim beş” kimi uşaq mahnıları ilə yanaşı, “Küçələrə su səpmişəm”, “Qubanın ağ alması”, “Gedək üzü küləyə”, “Alagöz” və “Azərbaycan” kimi xalq və bəstəkar mahnıları da səsləndirilib.
Qeyd edək ki, uşaq xorunun bədii rəhbəri Zülfiyyə İbrahimova, konsertmeysterlər isə Rəşidə Məmmədzadə, Nərminə Məmmədova və Məmmədiyə Hacıyevdir. Z.İbrahimovanın sözlərinə görə, uşaqlarla işləməkdən böyük zövq alır: “2006-cı ildən bədii rəhbər vəzifəsində çalışıram. Bu illər ərzində uşaqlara Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, muğamımızı, o cümlədən klassik Avropa musiqilərini dinləməyi tövsiyə etmişəm. Çox istərdim ki, “Bənövşə” uşaq xoru Azərbaycan mədəniyyətini ölkəmizin hüdudlarından uzaqlarda da layiqincə təmsil etsin”.
Məlumat üçün bildirək ki, uşaqların musiqi tərbiyəsinin və musiqi zövqünün formalaşmasına xidmət etməklə yanaşı, onları cəmiyyətdə hərtərəfli, layiqli bir şəxsiyyət kimi yetişdirən “Bənövşə” uşaq xoru 1958-ci ildə bəstəkar Əfsər Cavanşirov tərəfindən yaradılıb. Sevindirici haldır ki, sözügedən xorun yüzlərlə yetirməsi hazırda Azərbaycanın böyük səhnələrində özünə yer tapıb. Bu sıraya xalq artistləri Zeynəb Xanlarova, Xuraman Qasımova, Nisə Qasımova, Akif İslamzadə, Flora Kərimova, əməkdar artistlər Azərin, Firuzə İbadova, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov və başqaları daxildir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19

