İstedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın Vyanada “Landscaped” adlı fərdi sərgisi açılıb
08.04.2017 [12:20]
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində istedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın “Landscaped” adlı fərdi sərgisi açılıb.
Gənc rəssamın fırçasının məhsulu olan rəsmlər toplusu sərgini ziyarət edən incəsənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Avstriya ictimaiyyətinin nümayəndələrinin, incəsənət xadimlərinin, diplomatik korpusun təmsilçilərinin və həmyerlilərimizin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova gənc rəssam Aida Mahmudovanın yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Bakıda dünyaya göz açan A.Mahmudova 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Onun “Umwelt”, “Elysium”, “Ötüb keçərkən...”, “Daxili sakitlik” adlı fərdi sərgiləri dünyanın müxtəlif şəhərlərində nümayiş olunub. Rəssamın yaradıcılığında rəngkarlıq və fotoqrafiyadan tutmuş video installasiyalarına qədər müxtəlif texnikalara rast gəlmək mümkündür.
Rəsm silsilələrində A.Mahmudova bir sıra mövzularla yanaşı, xatirələr və nostalji hissləri araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. O, diqqətdən kənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin gözəlliklərini təsvir edir.
Avstriyalı incəsənətsevərlər Aida Mahmudovanın əsərləri ilə indiyədək 2013-cü ildə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” və 2014-cü ildə isə “VIENNAFAIR The New Contemporary” müasir incəsənət yarmarkasında tanış olmaq imkanı əldə ediblər. “Landescaped” isə gənc rəssamın Avstriyada nümayiş olunan ilk fərdi sərgisidir.
Qeyd edilib ki, rəssamlıq fəaliyyəti ilə yanaşı, Aida Mahmudova uğurlu incəsənət layihələrini də həyata keçirir. O, 2011-ci ildə əsası qoyulan “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. “YARAT” Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.
Tədbirdə Vyanada yaşayan gənc musiqiçilər Jalə Rəsulova (fortepiano), Fərid Feyzullayev (violin) və Antonio Çorbaciyski (violonçel) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.
Sərgi mayın 23-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

