Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / "Hakimin stolüstü kitabı" nəşr olunacaq

"Hakimin stolüstü kitabı" nəşr olunacaq

04.07.2009 [11:47]

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Hüquq mühafizə orqanı əməkdaşlarının insan hüquqları üzrə məlumat kitabı”nı və “Hakimin stolüstü kitabı”nı nəşr etdirməyi nəzərdə tutub.
AHK-dən verilən məlumata görə, hər biri min tirajla nəşr olunacaq kitablar aidiyyatı dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına və hüquqşünaslara pulsuz olaraq paylanacaq.
Layihələr hüquq mühafizə və məhkəmə orqanları əməkdaşlarının insan hüquqları sahəsində biliklərinin dərinləşdirilməsi, öz fəaliyyətlərində insan hüquqlarının təmininə daha diqqətlə yanaşılması məqsədi daşıyır. Bununla yanaşı, qeyd olunan nəşrlər bu peşə sahiblərində etik davranış qaydalarının aşılanması, onların professional səviyyələrinin yüksəldilməsi, cəmiyyətdə hüquq mühafizə və məhkəmə orqanlarına hörmətin, həmçinin, hüquqşünas peşəsinin nüfuzunun artırılmasına hədəflənib.

Paylaş:
Baxılıb: 1359 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31