IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabat mərasimi keçirilib
08.06.2017 [10:12]
Forumun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra qurumlar mükafatlandırılıb
Bakıda reallaşan “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, iyunun 7-də baş tutan tədbirdə əvvəlcə Forumun yekunlarına həsr olunmuş videoçarx nümayiş olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.
Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcək. Bildirib ki, bu münasibətlə “Bakı prosesi” mükafatı təsis olunacaq və yüksək səviyyəli rəsmilərə təqdim ediləcək.
Əbülfəs Qarayev qeyd edib ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir. Nüfuzlu beynəlxalq qurumlar - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO Foruma tərəfdaş olub.
Diqqətə çatdırılıb ki, Forum çərçivəsində 40-dək konfrans, sessiya, panel və digər tədbir keçirilib. Forumda 120-dək ölkə rəsmisi, 38 beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edib. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb.
Nazir vurğulayıb ki, Forum çərçivəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçirilib. Həmçinin Azərbaycanın təklifi ilə hökumət rəhbərləri və nazirlərin təmsil olunduğu Dünya Forumu Nazirlər Görüşü baş tutub. Forumda ilk dəfə “Bakı prosesi”nə yeni element kimi ekstremizmə qarşı mübarizədə parlamentlərin mədəniyyətlərarası dialoqunun roluna xüsusi yer verilib.
Ə.Qarayev bildirib ki, Forum çərçivəsində BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) ilə birgə “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda xüsusi plenar sessiya keçirilib. Sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Nazir xüsusilə vurğulayıb ki, Forum BMT-nin televiziyasında və saytında canlı yayımlanıb. 25 milyonadək insan canlı olaraq Forumu izləyib.
Mərasimin sonunda Forumun təşkilinə verdiyi dəyərli töhfələrə görə bir sıra dövlət qurumlarına, Milli Məclisin deputatlarına təşəkkürnamələr verilib. Təşəkkürnamə alanlar arasında Forumun rəsmi media tərəfdaşı AZƏRTAC da var.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

