“Jara” dostluq, sülh, sevinc və sevgi festivalıdır
28.07.2017 [08:59]
Beynəlxalq Musiqi Festivalının təşkilatçıları və iştirakçılardan bir qrupu mətbuat konfransı keçiriblər
İyulun 27-də “Sea Breeze Resort” istirahət mərkəzində “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları və iştirakçılardan bir qrupu mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransından əvvəl festival iştirakçıları “Jara”nın böyük plakatına öz imzalarını atıblar.
Sergey Kojevnikov: Bakı “Jara -2017”yə yüksək səviyyədə hazırlaşıb
Konfransda “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları - tanınmış müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov, habelə festivalın iştirakçıları Valeriya, İosif Priqojin, Qlyuk’oza, Anita Tsoy, Ani Lorak, LOBODA iştirak ediblər. Səmimi şəraitdə keçən mətbuat konfransında qonaqlar Bakının özünəməxsus ab-havasından danışıb və bunun festivala əlavə ovqat gətirdiyini bildiriblər.
Sergey Kojevnikov Bakının festivala mükəmməl hazırlaşdığını deyib, təşkilatçılıq işlərini yüksək qiymətləndirib.
EMİN: Bu il “Jara” festivalını 32 min tamaşaçı canlı izləyəcək
Jurnalistlərə “Jara”nın proqramı haqqında məlumat verən EMİN bildirib ki, festivalda iştirak etmək üçün Bakıya musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Tamaşaçıları dörd möhtəşəm gün gözləyir. Festivalın birinci günü qala-konsert, ikinci günü isə görkəmli ifaçı Sofiya Rotarunun 70 illiyi şərəfinə yubiley konserti olacaq. İyulun 29-da dünya şöhrətli müğənni Alla Puqaçovanın yaradıcılıq gecəsi keçiriləcək. Festivalın bağlanış günü isə Qriqori Lepsin 55 illik yubileyinə həsr olunmuş proqram təqdim ediləcək.
Mətbuat konfransında festivalda ifa olunacaq mahnılar, xitlərin seçimi barədə də məlumat verilib. Müğənni Valeriya festivalda bir çox sevilən mahnıların fərqli aranjemanda təqdim olunacağını deyib.
Müğənnilər Bakıya tək deyil, ailə üzvləri ilə birgə gəliblər. Bu barədə danışan EMİN bildirib ki, Xəzər sahilləri istirahət üçün ən gözəl məkandır. Əgər ötən il festivalı 10 min tamaşaçı canlı izləyibsə, bu il onların sayının 32 minə çatacağı gözlənilir. “Jara” Azərbaycan Dövlət Televiziyasında və Rusiyanın Birinci kanalında yayımlanacaq, 150 milyon televiziya tamaşaçısına da unudulmaz anlar yaşadacaq.
Qriqori Leps: Festivalda yeni mahnılar səslənəcək və sürprizlər olacaq
Sergey Kojevnikov 2018-ci ilin martın 4-də Moskvada Krokus-holda “Jara” festivalının mükafatlarının təqdimatının keçiriləcəyini bildirib. Qriqori Leps festivalda yeni mahnıların səslənəcəyini və sürprizlər olacağını vəd edib.
Müğənnilər “Jara”ya xüsusi hazırlaşdıqlarını, festivalın müddətinin artırılmasından məmnun qaldıqlarını bildiriblər.
Jurnalistlərin suallarını cavablandıran festival iştirakçıları Bakının çox qonaqpərvər və ecazkar şəhər olduğunu deyib, Azərbaycan mətbəxinin zənginliyindən danışıblar. Qeyd ediblər ki, bu festivala qatılmaq üçün bütün planlarını təxirə salıblar.
Müğənni LOBODA “Jara”nın bir araya toplaşmaq üçün gözəl imkan olduğunu vurğulayıb. Ani Lorak isə ilk festivalın böyük əks-sədasından sonra ikinci festivalda iştirak etmək istəyənlərin sayının artdığını söyləyib.
Konfransda belə bir yekdil fikir ifadə olunub ki, “Jara” dostluq, sülh, sevinc və sevgi festivalıdır.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50

