/ / Bakıda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransı keçirilib
Bakıda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII respublika konfransı keçirilib
11.10.2017 [10:22]
Oktyabrın 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) XVIII respublika konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans dövlət himninin səslənməsi ilə açıq elan edilib.
Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirakçıları salamlayaraq deyib ki, tədbirə bir sıra yerli və xarici təşkilatlardan çoxsaylı təbrik məktubları ünvanlanıb. O, yüksək diqqətə görə hər kəsə minnətdarlığını bildirib.
Sonra mandat komissiyasının hesabatı dinlənilib.
Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov hesabat məruzəsi ilə çıxış edib.
Hesabatda komitənin 2013-2017-ci illərdəki fəaliyyəti barədə geniş məlumat verilib.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində MİHİ-nin fəaliyyətində ən əlamətdar və mühüm tarixi əhəmiyyət kəsb edən hadisələrdən biri də qurumun yaranmasının 110 illik yubileyinin qeyd edilməsi olub.
Hesabat dövrü ərzində MİHİ-nin öz fəaliyyətini ölkədə baş verən sosial-iqtisadi islahatların tələblərinə müvafiq qurduğunu söyləyən M.Əlibəyov deyib ki, ötən konfransında qəbul olunmuş 2013-2017-cil illər üzrə “Əsas İstiqamətlər” Proqram sənədinin icrası təmin edilib. İlk növbədə, qurum 2005-ci ildən ardıcıllıqla davam edən müsbət artım dinamikasını 2013-2017-ci illərdə də qoruyub saxlayıb. Bu illər ərzində üzvlərin sayı 2,8 faiz artaraq 55 min 233 nəfər olub. Xidmətdə olan həmkarlar ittifaqı təşkilatlarının sayı da müvafiq dövrdə 4,2 faiz artaraq 756-ya çatıb.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində 8 plenum, rəyasət heyətinin 58 iclası, müşavirələr, yığıncaqlar, seminarlar və bir sıra tədbirlər keçirilib. Ənənəvi olaraq rəyasət heyətinin 4 səyyar zona iclası təşkil olunub.
Hesabat dövrü ərzində ittifaq üzvlərindən daxil olmuş ərizə və müraciətlər daim diqqət mərkəzində saxlanılıb. Ümumilikdə 2013-2017-ci illər ərzində respublika komitəsinə hüquq, islahat, maddi yardım, əmək fəaliyyəti, sağlamlıq və digər məsələlərlə əlaqədar 756 ərizə daxil edilib. Bu müraciətlərin hər birinə ətraflı cavab verilib və əksəriyyəti müsbət həllini tapıb. Bu illər ərzində komitənin göndərişi ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təşkil etdiyi kurslara 148 nəfər cəlb edilib. Ötən dövr ərzində müxtəlif mövzularda 88 seminar və müşavirə keçirilib.
MİHİ-nin səmərəli fəaliyyətinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu və ölkənin ictimai-mədəni həyatında fəal iştirak edənlərin fəxri adlarla təltif edildiyini diqqətə çatdıran natiq bütün mədəniyyət işçiləri adından Prezidentə dərin minnətdarlığını bildirib.
Təmsil etdiyi qurumun yerli təşkilatlarla əlaqələrindən söz açan natiq deyib ki, bu gün bağlanmış kollektiv müqavilələrin əhatəsi 95 faizə çatıb. Əmək qanunvericiliyinə əməl olunmasına nəzarət etmək məqsədilə müəssisə və təşkilatlarda Fərdi Əmək Mübahisələri Komissiyaları yaradılıb, onlara əməli və metodiki köməklik göstərilib.
Bildirilib ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 2013-2017-ci illər ərzində beynəlxalq həmkarlar ittifaqı təşkilatları və ictimai birliklərlə əməkdaşlıq əlaqələrini daha da genişləndirib.
Hesabatda komitənin nizamnamə fəaliyyəti, ittifaq üzvlərinin əmək və sosial-iqtisadi mənafeləri, hüquqların müdafiəsi, işçilərin sağlamlıqlarının mühafizəsi, habelə əməyin mühafizəsi və texniki təhlükəsizliyi və digər məsələlərə toxunulub.
Sonra MİHİ-nin təftiş komissiyasının hesabatı dinlənilib.
Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2018-2022-ci illər üzrə əsas fəaliyyət istiqamətləri müzakirə edilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, çoxsaylı mədəniyyət işçisini özündə birləşdirən bu qurum son illər mühüm işlər görüb. Mədəniyyət sahəsində çalışan insanların peşə fəaliyyətindən danışan Ə.Vəliyev onların dövlətimizin ictimai-siyasi həyatındakı xidmətlərindən də söz açıb.
Bu gün mədəniyyət sahəsində çalışan insanlara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini söyləyən nazir müavini bildirib ki, onların zəhməti hər zaman ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir.
Konfransın işinə uğurlar diləyən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan danışıb. Azərbaycanda iri layihələrin icrasının uğurla davam etdiyini vurğulayan natiq bütün bunların Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində reallaşdığını qeyd edib.
S.Möhbalıyev MİHİ-nin fəaliyyətinə ölkə başçısı tərəfindən göstərilən dəstək və qayğıdan da söz açıb. Vurğulayıb ki, hər il dövlət başçısı çoxsaylı mədəniyyət işçisini müxtəlif fəxri adalarla təltif edir, onların fəaliyyətinə yüksək etimad göstərir.
S.Möhbalıyev son illər Əmək Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Qanuna dəyişikliklər və əlavələr edildiyini diqqətə çatdırıb. Bildirilib ki, işçilər işdən çıxarılarkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı “Həmkarlar İttifaqı haqqında” qanunda və Əmək Məcəlləsində edilən dəyişiklik təşkilatın rolunun və nüfuzunun artmasına xidmət edir.
Sonra konfrans iştirakçılarının yekdil təklifi ilə Cəmilə Səttarova MİHİ Respublika Komitəsinin sədri seçilib. Həmçinin MİHİ Respublika Komitəsinin, təftiş komissiyasının və rəyasət heyətinin üzvləri də seçiliblər.
Yekunda MİHİ-nin fəalları müxtəlif mükafatlara və fəxri fərmanlara layiq görülüblər.
Xəbər lenti
Hamısına baxSosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45

