Bakıda “Beynəlxalq foto günləri-2018” layihəsinə yekun vurulub
17.05.2018 [09:30]
Ölkəmizin keçdiyi tarixi yolu, qazandığı uğurları və inkişafı nümayiş etdirmək və bu yüksəlişə əcnəbi vətəndaşların münasibətini təqdim etmək məqsədilə Azərbaycan Fotoqraflar Birliyi (AFB) “Beynəlxalq foto günləri - 2018” layihəsinə qoşulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Fotoqrafları Birliyinin 20 illik fəaliyyəti ilə əlaqədar olaraq üç gün ərzində keçirilən “Beynəlxalq foto günləri-2018” layihəsinə mayın 16-da “Landmark” sərgi salonunda “Bir sevdadır Quzey Kıbrıs” sərgisi ilə yekun vurulub.
Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi Ufuk Turganer, bu ölkənin “Foder” fotoklubunun prezidenti Mehmet Göyigit tədbirin əhəmiyyətini vurğulayaraq fotoqraflara gələcək işlərində uğurlar arzulayıb.
Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud çıxışında sərginin əhəmiyyətindən danışıb. Deyib ki, FIAP-ın tərəfdaşlığı ilə 2017-ci ildən başlanmış və 6 aylıq müddəti əhatə edən “Caucasus - Carpathians circuit - 2017” layihəsi çərçivəsində üç ölkə - Ukrayna, Gürcüstan və Azərbaycanın elan etdiyi birgə beynəlxalq fotomüsabiqəyə 57 ölkədən 383 fotoqrafın 5292 əsəri buraxılıb. Beynəlxalq dərəcəli 9 münsifin təmsil olunduğu münsiflər heyətinin səsverməsi ilə 4 nominasiya üzrə 52 mükafat təsis edilib və 158 fotoqraf mükafatlara layiq görülüb.
Bildirilib ki, paytaxtımızın üç sərgi salonunda “Beynəlxalq foto günləri - 2018” layihəsi çərçivəsində açılan sərgilərdə sənətsevərlər qalib gəlmiş 52 əsər və müsabiqədə iştirak etmiş 8 azərbaycanlı müəllifin 50-yə yaxın əsəri ilə tanış olublar.
Sonra mükafatlar fotoqraflara təqdim olunub.
Qeyd edək ki, “Beynəlxalq foto günləri-2018” tədbiri Azərbaycan Mədəniyyət Nazirliyi, “Art Faktor” şirkəti, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi, “Nur Art House” qalereyası, “1969 Qalereyası” və “Landmark Rot”un dəstəyi ilə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

