Türk dünyasının inciləri Mahnı Teatrının səhnəsində...
30.06.2018 [09:21]
Bakıda TÜRKSOY-un 25 illiyinə həsr edilən konsert proqramı təqdim olunub
İyunun 29-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 25 illiyinə həsr olunmuş “Türk dünyasının inciləri” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış dən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın yubileyi münasibətilə keçirilən tədbirin türk xalqlarının möhkəm dostluğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edib ki, TÜRKSOY 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atmaqdadır. Qurumun ənənəvi layihələrindən biri də türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin şərəfinə xatirə ilinin keçirilməsidir.
Təşkilatın ölkəmizlə əlaqələrini yüksək qiymətləndirən D.Kaseinov deyib ki, TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.
“Təşkilatın 25 illiyinin keçirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 iliyinin qeyd edilməsi ilə üst-üstə düşür. Biz təşkilatımızın 25 illiyini bu ilin sonunadək müxtəlif tədbirlərlə qeyd edəcəyik. Yubiley tədbirləri Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd olunacaq. Belə tədbirlər mədəniyyətimizə və dostluğumuza olan hörmətin göstəricisidir”, - deyə baş katib söyləyib.
Tədbir F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Qazaxıstanın “Murager” mahnı və rəqs ansamblı, habelə Türkiyə, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və Tuvadan dəvət olunmuş musiqiçilərin təqdimatında konsert proqramı ilə davam edib.
Konsertdə türk dünyasının görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

