Azərbaycan Xalça Muzeyində vətənə qaytarılan qədim xalçalar təqdim olunub
29.09.2018 [10:31]
Sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid “Naxçıvan” və XIX əsrə aid Qubanın “Hacıqayıb” xalçalarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək bildirib ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təşkil olunub. Festival günləri çərçivəsində Şamaxıda və paytaxtımızın müxtəlif yerlərində - sərgi salonlarında, muzeylərdə, açıq səma altında, konsert zallarında bir-birindən fərqli və maraqlı proqramlar təşkil olunur. Festivalda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən qonaqlar gəliblər. Azərbaycan Xalça Muzeyinin də bu festivalda yaxından iştirak etməsi məmnunluq hissi doğurur.
Xalça Muzeyinə hədiyyə olunan iki yeni eksponat barədə məlumat verən Ş.Məlikova bildirib ki, hər iki xalça Azərbaycan Xalça Muzeyinin “Nadir Azərbaycan xalça nümunələrinin tarixi Vətəninə qaytarılması” layihəsi çərçivəsində muzeyə hədiyyə olunub. XVII əsrə aid “Naxçıvan” xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib. Xalçanın ara sahəsi mücərrəd formalı “Çələbi” gölü və irihəcmli palmetta elementləri ilə bəzədilib. Naxışlarda ağ, qızılı, göy və digər rənglərin harmonik vəhdəti kompozisiyaya xüsusi gözəllik verir. Xalçanın iri ölçüsü, yüksək peşəkarlıqla yaradılmış kompozisiyası və rənglərin harmoniyası onun böyük karxanalarda xüsusi sifarişlə toxunduğunu sübut edir.
Qeyd olunub ki, bu sənət nümunəsi Heydər Əliyev Fondunun muzeyə hədiyyə etdiyi üçüncü eksponatdır. Fond bundan öncə muzeyə XVII əsrə aid Qarabağın “Xətai” xalçasını və XVIII əsrə aid tikmə hədiyyə edib.
Ş.Məlikova deyib ki, XIX əsrə aid Qubanın “Hacıqayıb” xalçasını isə Azərbaycan Xalça Muzeyinə italiyalı kolleksioner Mirko Kattai hədiyyə edib. Quba-Şirvan növlü xalçaların qədim nümunələrindən olan “Hacıqayıb” Qubanın eyni adlı kəndinin adı ilə bağlıdır. Xalçanın ara sahəsini “kilimgülü”, “kətəbə” və “burma” elementləri təşkil edir. “Şamdan” və “əjdaha” elementli haşiyə qurşağı xalçanın yalnız yuxarı tərəfini təşkil etdiyindən kompozisiyaya xüsusi özəllik verir. Xalçanın rəng çalarları ahəngdar və sabitdir.
Direktorun verdiyi məlumata görə, muzeyin “Xovlu xalçalar” kolleksiyası 2018-ci il ərzində bu sənət nümunələri daxil olmaqla 6 nadir xalça ilə zənginləşib.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev bildirib ki, muzeyin milli-mədəni sərvətlərimizin ölkəmizə qaytarılması istiqamətində həyata keçirdiyi layihə təqdirəlayiqdir. Xalça Muzeyinin məqsədyönlü tədbirləri nəticəsində muzeyə bir neçə əsr bundan əvvələ aid unikal xalçalar gətirilib və burada nümayiş olunur. “Bu iş daha da genişləndirilməli, dünyanın müxtəlif kolleksiyalarında mövcud olan Azərbaycan xalçaları ölkəmizə gətirilərək sərgilənməlidir. Bu işdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”, - deyə F.Babayev qeyd edib.
İtaliyalı kolleksioner Mirko Kattai Xalça Muzeyinə təqdim etdiyi xalçanın artıq etibarlı əllərdə olmasından məmnunluğunu bildirib, muzeyin əməkdaşlarına uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları muzeyin yeni eksponatları ilə tanış olublar.
Tədbir “Muğam və Ruh” qrupu və Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblının çıxışları ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

