Mən onsuz da əbədiyəm
22.10.2009 [10:29]
- Gəl polad çiynimə qon Firəngizim.
Bəlkə, səsi bütün paytaxtı titrədən belə azman, dev bir adamın məhrəm və şirin pıçıltıları idi oxucunu ovsunlayan.
Qadını, ananı Vətən bilən, qəbul edən şair “Məndən başlanır Vətən”, “Mən - Azərbaycanam” adlı şeirlərinə “Mən Günəş ürəkli Xəlil Rzayam” - deyərək möhürünü vururdu.
Dünən Xəlil Rza Ulutürkün 77 yaşı tamam oldu. O təkcə “Ata borcu”, “Ehkamçıya”, “Səttar Bəhlulzadəyə”, “Vətən”, “Xiyabani yurdunda”, “Yurdum sənin sağlığına”, “Laylam mənim, nərəm mənim”, “Qoca arxeoloq”, “Mən nəyəm ki, ey Vətən, “Ayağa qalx, Azərbaycan”, “Xalqımın səsi”, “ürəyimdə qalan tikan”, “Yalnız pasportunda”, “Boz qurda öygü”, “Beşik türküsü”, “Apardı sellər Saranı”, “Gedər”, “Sən mənim vüqarımsan”, “Saz” kimi millilik ruhunun daşıyıcısı olan əsərlərin müəllifi deyildi. O təkcə Vətəni namusu - anası bilən kişi deyildi, o, həm də ciyərparəsini qurban verməyi bacaran ata idi. Xəlil Rza Ulutürk Milli Qəhrəman Təbrizin atası idi. Genlərində daşıdığı ana sevgisi, övlad bağlılığı və vətəndaşlıq borcu naminə həyatını Qarabağa qıyan Təbriz Ulutürkün atası!!!
Bütün əsərlərində ana dili, vətənpərvərlik, humanizm, xalqı mübarizəyə çağırış ruhu, folklor qaynaqları, ilkinliyə, soy-kökə bağlılıq, vətənçilik, azərbaycançılıq, türkçülük, milli şüur ideyaları öz bədii əksini tapmaqla yanaşı, xalq psixologiyası, mənəviyyatı, milli dil və ənənə xüsusiyyətləri qabarıq əks olunan şairin irsinin görkəmli təbliğatçısından danışmamaq mümkün deyil. Şair dünyasını dəyişəndən sonra, Firəngiz Ulutürk onun 40-a qədər kitabını nəşrə hazırlayıb.
O, yorulmaq bilmədən həyat yoldaşının şəxsi arxivini qaydaya salır. Məhz bu fəaliyyət nəticəsində şairin ölümündən sonra “Mən Şərqəm”, “Bağışla, ey Vətən”, “Azadlıq” (Türkiyə), “Uzun sürən gənclik”, “Türkün dastanı”, “Seçilmiş əsərləri” (I cild), həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında “Seçilmiş əsərləri” (2 cilddə) şeir kitabları işıq üzü görüb. Poetik tərcümə ilə ciddi məşğul olan Xəlil Rzanın altı tərcümə kitabı da Firəngiz xanımın səyləri nəticəsində oxucularına qovuşub.
Xəlil Rzanın gündəlikləri əsasında “Lefortovo zindanında”, “Ustadım Əkrəm Cəfər”, “Gəl, ey səhər”, “Bir odlu gözləri, bir də xoş səsi”, “Həyat, həyat deyə çırpınan könül” kitablarını nəşr etdirən Firəngiz xanımın zəhməti sayəsində işıq üzü görən toplumlardan biri də “Eşqim, vəfadarım mənim” adlanır. Xatirə kitabına şairin Firəngiz xanım haqqında yazdığı şeirləri, gündəlikləri, məktubları, eyni zamanda, onun Xəlil Rza haqqında yazdığı memuarları, məktubları, müraciətləri və ərizələri toplanıb. Bu toplu gəncliyi vətənə məhəbbət və humanizm ruhunda tərbiyə etməyin əyani nümunəsidir. Ulu şair Xəlil Rza Ulutürkün arzuladığı və reallaşdırdığı kimi.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

