Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub
04.07.2019 [09:51]
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgi iyulun 3-dən sentyabrın 30-dək davam edəcək.
Dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş etdirilir.
Mədəniyyət naziri Əbülfəs Qarayev sərginin açılışında çıxış edərək bildirib ki, Xalça Muzeyi ilə Luvr Muzeyi arasındakı əlaqələr yüksək səviyyədədir. Luvr və dünyanın digər muzeylərindəki eksponatların sırasında Azərbaycanla bağlı kifayət qədər çoxlu əşyalar nümayiş etdirilir. Xalça Muzeyində Luvrda saxlanılan üç Azərbaycan xalçası nümayiş olunur. “Biz, həmçinin ona görə sevinirik ki, Luvr kimi muzeydə Azərbaycan xalqına aid olan bu xalçaların saxlanılması faktı mövcuddur. Mərasimə gələn nüfuzlu qonaqlar bunu görməklə həm də zəngin mədəniyyətimizin şahidi olurlar”, - deyə Ə.Qarayev əlavə edib.
Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib ki, bu, hər iki dövlət arasında əməkdaşlığın inkişafının göstəricisidir. Luvr və Xalça Muzeyi arasında olan bu nadir tədbir hamı üçün çox maraqlıdır və bu gün bu qeyri-adi xalçaları kəşf edirik. Bu tədbir Parislə Bakı arasında olan münasibətləri nümayiş etdirir.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova UNESKO və Xalça Muzeyi arasındakı əməkdaşlığın bariz nümunəsi kimi əhəmiyyətli layihələrdən söz açıb. O, bugünkü tədbirin Luvr Muzeyi ilə ilk birgə layihə olduğunu deyib və sərgidə XVIII əsrin sonu - XX əsrin əvvəllərinə aid nadir Azərbaycan xalçalarının nümayiş olunması haqqında məlumat verib. Vurğulanıb ki, layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.
Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.
Sərgi Mədəniyyət Nazirliyi, Xalça Muzeyi, Fransanın Azərbaycandakı səfirliyi, Luvr Muzeyi, Azərbaycanda Fransız İnstitutu və “Silk Way West Airlines” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxElm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29

