Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyi qeyd olunub

Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyi qeyd olunub

17.12.2009 [09:25]

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 75 illik yubileyi keçirilib. APA-nın məlumatına görə, yubiley tədbirində AYB-nin 75 illik tarixindən bəhs edən sənədli film nümayiş etdirilib. 45 dəqiqəlik film Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynovun təqdimatında hazırlanıb. Filmin nümayişindən sonra çıxış edən baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev AYB-nin yubileyi münasibəti ilə bütün Azərbaycan yazıçılarını, söz ustadlarını təbrik edib. E.Əfəndiyev bu yubileyə tarixi hadisə kimi baxdığını deyib: “Bu gün ədəbiyyat tariximizdə hər zaman xatırlanacaq bir tarixdir. Bu gün cəmiyyətdə yaradıcılıq ittifaqlarının, xüsusən də Yazıçılar Birliyinin Stalin ideologiyasının siyasəti ilə yaradıldığı barədə fikirlər səslənir. Məgər Sovet dövründə yaranan hər bir qurum dağılmalıdırmı? Bu düzgün yanaşma tərzi deyil”.
Yubiley tədbirində AYB sədri, Xalq yazıçısı Anar, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AYB-nin katibi, Xalq yazıçısı çingiz Abdullayev və başqaları çıxış ediblər.

Paylaş:
Baxılıb: 1234 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30