/ / Azərbaycanın da mükafat aldığı “Pekin EKSPO 2019” botanika sərgisinin bağlanış mərasimi keçirilib
Azərbaycanın da mükafat aldığı “Pekin EKSPO 2019” botanika sərgisinin bağlanış mərasimi keçirilib
11.10.2019 [09:22]
Çinin paytaxtında “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda keçirilmiş beynəlxalq botanika sərgisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, aprelin 29-da işə başlayan, ümumilikdə 110 dövlətin və beynəlxalq təşkilatın iştirak etdiyi “Pekin EKSPO 2019” beynəlxalq botanika sərgisi müxtəlif ölkələrin bağçılıq, gülçülük, meyvə və tərəvəz yetişdirilməsi sahələrində nailiyyətlərini, habelə milli mədəniyyətlərini nümayiş etdirmək məqsədi daşıyıb. Ümumi sahəsi 503 hektar olan sərgini 162 gün ərzində 9,34 milyon nəfər ziyarət edib. “Pekin EKSPO 2019” sahəsi böyüklüyünə, iştirakçıların və ziyarətçilərin sayına görə indiyədək keçirilmiş ən böyük botanika sərgisi kimi tarixə düşüb.
Ölkəmiz Pekin beynəlxalq botanika sərgisinin fəal iştirakçısı olub. “Azərbaycan: təbiət və incəsənətin harmoniyası” adlı milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarixinə və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirib. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edib. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirib. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılıb, ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb. Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış olub, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə ediblər. Burada, həmçinin Azərbaycan milli geyimləri, Xarıbülbül gülünü rəqəmsal formatda əks etdirən eksponat nümayiş etdirilib.
Sərgidə, həmçinin böyük İpək Yolunu və Azərbaycanın bu yolun bərpası məqsədilə Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən layihələrini əks etdirən foto-video materiallar və məlumatlar təqdim edilib.
Milli pavilyonumuzdakı xalçalarda istifadə olunan rənglər əsasında hazırlanan landşaft dizaynı, Azərbaycan təbiətinə xas olan 120 ağac və gül kolları, böyük ölçülü fotostendlər maraqla qarşılanıb.
Təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə “Pekin EKSPO 2019” sərgisinin “Xüsusi mükafat”ına (ikinci yer) layiq görülüb. Azərbaycanla yanaşı, bu mükafatı Türkiyə, Belçika, Sinqapur, Niderland və Birləşmiş Ərəb Əmirlikləri da alıb.
Oktyabrın 9-da sərginin rəsmi bağlanış mərasimi keçirilib. Azərbaycan da daxil olmaqla məhdud sayda ölkə fəxri qonaq qismində mərasimdə iştirak edib.
Baş Nazirin müavini Hacıbala Abutalıbov mərasimdən əvvəl Azərbaycan pavilyonun ziyarət edib, sərginin fəxri qonaqlar kitabına təbriklərini yazıb.
Bağlanış mərasimində Çin Dövlət Şurasının Sədri (Baş Nazir) Li Keçyan çıxış edərək sərgidə iştirak etmiş ölkələrə minnətdarlığını bildirib. Bildirib ki, aprelin 29-da işə başlayan sərgi çərçivəsində ümumilikdə 3284 tədbir, o cümlədən ölkələrin milli günləri, mədəni proqramlar, festivallar keçirilib. Sərginin keçirildiyi ərazinin bundan sonra ekoloji park kimi istifadə olunmasına qərar verilib.
Beynəlxalq Sərgilər Bürosunun Baş katibi Visente Lossertales təşkilatın bayrağını növbəti beynəlxalq botanika sərgisinə ev sahibliyi edəcək Qətər tərəfinə təqdim edib. Mərasim konsert proqramı ilə başa çatıb.
Xatırladaq ki, Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təmsil olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

