Rəsul Lətifzadə: Gənc musiqiçi kimi violençeli gələcək nəsillərə daha yaxşı tanıtmaq istəyirəm
07.03.2020 [11:50]
Azərbaycanda həyata keçirilən gənclər siyasəti, gəncliyə göstərilən diqqət və qayğı gənc nəslin fəaliyyətini daha da stimullaşdırır, yeni uğurlara sövq edir. O cümlədən incəsənət və musiqi sahəsində fəaliyyət göstərən gənclər üçün də geniş imkanlar mövcuddur. Bir çox istedadlı gənclər beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edirlər. “Yeni Azərbaycan” qəzeti ənənəvi olaraq belə gəncləri oxucuları ilə yaxından tanış edir. Bu qəlibdən olan gənclərdən biri də Rəsul Lətifzadədir.
Rəsul 1996-cı ildə Bakı şəhərində anadan olub. 6 yaşından violençel musiqi alətində ifa edir. Bakı Musiqi Akademiyasında bakalavr və magistr pillələri üzrə təhsil alıb. Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblında violençel ifaçısı olub. İki dəfə Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalının üçüncüsü adını qazanıb. Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır.
Redaksiyamızın qonağı olan ifaçı deyib ki, bu musiqi alətinə onu anası həvəsləndirib: “Düzü, kiçik yaşlarımda violençeli başa düşmürdüm. Anamın məsləhəti ilə dərslərə başladım. Bir müddət sonra özümü bu alətdə tapdım. Mən gözümü açandan evdə musiqi alətləri görmüşəm. Bizim evdə hələ də köhnə qrammofon qorunub saxlanılır. Bəzi məşhur xanəndələrin səsyazmaları var. Eyni zamanda, kamança üzrə ustad dərsləri alıram. Muğam-violençel sintezi mənə çox maraqlı gəlir. Bununla bağlı iki il öncə Gülyaz və Gülyanaq Məmmədovaların konsertlərində kiçik mahur parçası ifa etmişdim”.
Müsahibimiz, həmçinin kiçik yaşlarından rəssamlıqla da məşğul olduğunu deyir: “Məktəbə gedəndə bir əlimdə musiqi alətim, digər əlimdə isə boya və fırçalarım olub. Deyə bilərəm ki, bir insan kimi inkişaf etməyimdə anamın çox böyük rolu olub. Kiçik yaşlarımdan yorulmaq bilmədən mənim musiqi alətimi məktəbdən-məktəbə daşıyardı”.
“Xatırladım ki, bu günlərdə teatrımızda böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə təqdim olundu. Hazırda mən də o orkestrda yer alıram. İlk növbədə, mən ifa etdiyim violençel musiqi alətini tanıtmaq istəyirəm. Mənə çox sual verilir ki, bu necə alətdir? Bir müddətdən sonra bu suallar insanı yorur. Vurğulayım ki, Sabir Əliyev, Rafiq Abdullayev, Eldar İsgəndərov, o cümlədən mənim müəllimim Kamal Paşazadə kimi sənətkarlar hələ Sovet dövründə öz sözlərini deməyi bacarıblar. Bilirsiniz, yeni nəsil skripkanı violençeldən daha yaxşı tanıyır. Mən də gənc musiqiçi kimi bu aləti gələcək nəsillərə daha yaxşı tanıtmaq istəyirəm”, - deyə ifaçı söyləyib.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58

