Sabahdan etibarən İTV-də Aprel döyüşlərindən bəhs edən "4 gün" serialının nümayişi başlayır
31.03.2020 [12:57]
Batur Emin Akyel: Başda Aprel döyüşlərinin şəhidləri olmaqla bütün şəhidlərə olan borcumuzun bir hissəsini bu serial vasitəsilə ödəyə bilmək imkanımız olduğu üçün çox şadam
Sabahdan etibarən İctimai TV-də 2016-cı ilin Aprel döyüşlərindən bəhs edən serialın nümayişi başlayır. Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılıb.
Bunu "Yeni Azerbaycan"a filmin rejissoru Batur Emin Akyel deyib.
"Məlum olduğu kimi 2016-cı ilin Aprel döyüşləri tarixə Azərbaycan əsgərlərinin şücaəti, Azərbaycan Ordusunun qələbəsi ilə düşüb. Lakin ermənilər hər məsələdə olduğu kimi, bu məsələdə də manipulyasiya etməyə cəhd göstərirlər. Məhz bu məqsədlə də, yəni, həmin döyüşlər barədə beynəlxalq ictimaiyyətə yanlış məlumat ötürmək üçün ermənilər hətta bir-iki film də çəkiblər. Biz də belə qərara gəldik ki, 2016-cı ilin Aprel döyüşləri haqqında əsl həqiqətlərdən, bu döyüşlərin gercək qəhrəmanlarından bəhs edən bir film çəkək" deyən Batur Emin Akyel İTV-nin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə layihəsi olan "4 gün" serialının çəkilişi ilə bağlı Aprel döyüşlərində iştirak etmiş bir çox hərbçilərlə söhbətlər aparıldığını, bu məsələdə xüsusi olaraq generallar Hikmət Həsənovun və Mayis Bərxudarovun böyük dəstək verdiklərini deyib.
Serialın gələcəkdə Türkiyə başda olmaqla bir sıra xarici ölkədə nümayiş etdirilə biləcəyini söyləyən rejissorun sözlərinə görə, çəkilişlər üçün Türkiyədən də texniki heyətin dəvət olunduğu filmin bütün aktyorları azərbaycanlılardır:"Serialın texniki və aktyor heyəti gecə-gündüz bilmədən tam məsuliyyətlə çalışdı. Təbii ki, zəhmətimizə dəyərli tamaşaçılar qiymət verəcək. Amma başda Aprel döyüşlərinin şəhidləri olmaqla bütün şəhidlərə olan borcumuzun bir hissəsini bu serial vasitəsilə ödəyə bilmək imkanımız olduğu üçün şəxsən mən öz adıma çox şadam".
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

