“NARGIS” nəşriyyat evi Dənizkənarı Milli Parkda sərgi təşkil edib
11.06.2021 [08:49]
Dənizkənarı Milli Parkda “NARGIS” nəşriyyat evinin “Reduce, Reuse, Recycle, Respect” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə 15 instalyasiya, həmçinin Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış “Eynşteynin portreti” paneli yer alıb. Bu instalyasiya Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsində qalib seçilib.
“NARGIS” nəşriyyat evinin direktoru Aytən Hüseynova tədbirdə çıxış edərək sərginin məqsədindən danışıb.
Təhsil naziri Emin Əmrullayev ətraf mühitlə ünsiyyətin bir mədəniyyət olduğunu bildirib və “NARGIS” nəşriyyat evinə təkrar emala yararlı tullantı materiallardan belə bir sənət əsərləri yaratdıqları üçün təşəkkür edib. O, həmçinin uşaqların belə bir sərgidə iştirakının, onlara ətraf mühitə düzgün münasibət göstərməyi öyrətmək üçün ən yaxşı vasitə olduğunu qeyd edib.
Daha sonra layihənin kuratoru Rəşad Ələkbərov çıxış edib.
Layihə Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Göyçay Rayon İcra Hakimiyyəti, Şamaxı Rayon İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO), “Azərsu” ASC, “AzərEnerji” ASC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “Bakı Fond Birjası” QSC, “Azercell Telekom” MMC, “Azersun” Holdinq, “Carlsberg Azerbaijan”, “Baku Steel Company”, “SMTS” MMC, “Bakı Metropoliteni” QSC və “Tekfen İnşaat”ın dəstəyi ilə təşkil edilib.
Sərginin açılışında “NARGIS” nəşriyyat evinin partnyor və dostları, dövlət qurumları, Azərbaycanda akkreditasiya olunan səfirliklər, təşkilatlar, banklar, sığorta və digər şirkətlər, habelə rəssamlar, heykəltəraşlar, qaleristlər iştirak edib. Tədbirdən sonra “Make the Earth Smile Again” sərgisinin açılışındakı kimi “NARGIS” jurnalının komandası bulvarda ağac əkib.
“Reduce, Reuse, Recycle, Respect” sərgisi Dənizkənarı Milli Parkda iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.
Sərginin nümayiş olunduğu müddətdə 5-15 yaşarası uşaqlar üçün ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında dolğun məlumat alacaqlar. İştirakçılar 5-10 və 10-15 yaş qruplarına ayrılacaq. Həmçinin məktəblər üçün ekskursiyaların təşkili nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

