İki qardaş ölkə birgə film və seriallar çəkəcək
08.02.2022 [11:56]
MÜŞFİQƏ
“Kino sənayesi Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqamətlərindən biridir. Bu məqsədlə Azərbaycan Türkiyənin kinematoqrafiya sahəsində olan təcrübəsindən yararlanmaq istəyir”.
Bu sözləri Azərbaycan mədəniyyət naziri Anar Kərimov deyib. O qeyd edib ki, iki ölkə ortaq filmlər çəkməyi planlaşdırır.
Eyni zamanda, Azərbaycan 2023-cü ildə türk dünyasından seçilmiş filmlərin təqdim olunacağı festivala ev sahibliyi etmək niyyətindədir.
30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış torpaqlarımızı azad etdik və qəhrəman əsgərlərimizin şücaətini daha təsirli səviyyədə göstərmək üçün kinolara ehtiyac var. Kino sahəsində Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində tarixi Zəfərə və Qarabağa həsr olunan müştərək filmlərin, serialların istehsalı, birgə film festivallarının keçirilməsi, hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsinin aparılması kinoşünaslar tərəfindən də müsbət qiymətləndirilir. Kino vasitəsilə beynəlxalq arenaya çıxmaq üçün ölkələrimizin əhəmiyyətli hekayə və mövzuları, eləcə də bədii və sənədli filmləri var.
Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə qəzetimizə açıqlamasında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbənin həm Türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə, eləcə də kino vasitəsilə təbliğində Türkiyə ilə işbirliyinin böyük önəm daşıdığını bildirib. Azərbaycan-Türkiyə mədəni əməkdaşlığın əhəmiyyətindən bəhs edən kinoşünas ortaq layihələrin bütün dünyaya nümayiş etdirilməsinin vacibliyini vurğulayıb: “Əvvəla, bu layihə Azərbaycan ilə Türkiyə arasında olan bağlılığı daha da möhkəmləndirəcək. Ortaq işi artıq başlamaq və davam etdirmək lazımdır. Qardaşlıq əlaqələrimizi həm də vizual ekrana çıxarmalı və bütün dünyaya nümayiş etdirməliyik. 44 günlük Vətən müharibəsi ilə yanaşı, tariximizlə bağlı məqamları həmin layihələrdə işıqlandırmaq lazımdır. Xüsusilə də, sənədli və bədii filmlərin çəkilişinə diqqət yetirməliyik. Bu yaxınlarda ölkəmizdə “Biz” adlı film çəkildi. Həmin film VI Türk Dünyası Sənədli Film Festivalında mükafata layiq görüldü. Bu cür işləri ərsəyə gətirmək və davam etdirmək lazımdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

