93 yaşlı “Oskar”
19.05.2022 [10:14]
MİKAYIL
Kino dünyasının ən nüfuzlu mükafatı olan “Oskar” (Oscar Awards) 1929-cu ildə Los-Ancelesdə yaradılıb. Rəsmi olaraq “Akademiya mükafatı” adlanır. Film Sənətləri və Elmləri Akademiyasının səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilir. “Ən yaxşı filmə görə”, “Ən yaxşı kişi roluna görə”, “Ən yaxşı qadın roluna görə”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı sənədli filmə görə” və s. nominasiyaları var.
Təqdim olunan qızıl heykəl Corc Stenli tərəfindən tərtib edilib. Təqdimatı ilk dəfə 1929-cu ildə mayın 16-da “Hollywood Roosevelt Oteli”ndə Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə baş tutub. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanıb. 1941-ci ildən etibarən Akademiya qaliblərin adını açıqlamaq üçün möhürlənmiş zərfdən istifadə etməyə başlayıb. Hətta Oskar mükafatını qazanmış şəxsləri mərasimdən əvvəl sızdırılmasının qarşısını almaq üçün mərasimdə təqdim olunan heykəllərin ad yeri boş saxlanılır. Oskar heykəlciyinin qalibləri bu mükafatı nə ata, nə də sata bilərlər. Əgər istəsələr, mükafatı Akademiyaya bir dollar qarşılığında qaytara bilərlər. Lakin 1992-ci ildə Harold Russelə həyat yoldaşının müalicəsi üçün pul lazım olduğu üçün Oskarı, 60.500 dollara kolleksiyaçıya satmışdı. Beləliklə, Harold Russel indiyədək Oskar satmış yeganə aktyor kimi tarixə düşmüşdü.
Oskar tarixində onu boykot edən və mükafatı qəbul etməyənlər də olub. Belə ki, bunu ilk dəfə ssenarist Dadli Nikols edib. O, Akademiya ilə Yazıçılar gildiyası arasındakı qarşıdurmalar səbəbiylə 8-ci Oskar mükafatı mərasimini boykot etsə də, 1935-ci il mükafatına 1938-ci ildə qovuşub. Nikols karyerası zamanı daha üç Oskar mükafatına namizəd olub. Daha sonra Corc Skot 43-cü Oskar mükafatı mərasimində mükafatı rədd edən ikinci şəxs idi. Mükafatdan imtina edən üçüncü şəxs isə film sənayesinin ayrı-seçkiliyinə və hindilərə qarşı pis rəftarına istinad edərək imtina edən Marlon Brando oldu.
Oskar alan ilk azərbaycanlı
2010-cu ildə Azərbaycan kinosunda bir ilk yaşandı. Dünyanın ən nüfuzlu mərasimində Azərbaycan da qaliblər sırasında yer aldı. Belə ki, aktyor Timur Oduşev Oskar mükafatının 32-ci “Hollivudun gənc istedadları” mükafatına (32nd Young Artist Awards) layiq görüldü. “Ən yaxşı xarici film” nominasiyasına iddialı olan “Sahə” bədii filmdə baş rolu ifa edən T.Oduşev “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqləndi.
“Təhsil aldığım Xoreoqrafiya Məktəbində kastinq keçirildi. 15 uşağın içindən bu rola sonda məni daha uyğun gördülər. Mərasim zamanı 8 gənc namizəd arasından seçildim. Haradasa, 5 gənc aktyor “Oskar”ı qazana bildi. Sözün düzü, adımı eşidəndə çox həyəcanlandım. Həyəcanımdan dilim tutulmuşdu. Böyük çətinliklə bircə “Thank you”, deyib səhnədən kənara çəkildim. Çıxış edə bilmədim. İlk avtoqrafımı verəndə də çox həyəcanlı idim”,- mətbuata ilk təəssüratlarını bölüşən aktyor demişdi.
Bundan başqa, ötən il kinorejissor Rüfət Həsənovun “Daxildəki ada” tammetrajlı filmi Oskar mükafatına namizəd seçilmişdi. Sözügedən filmdə beynəlxalq şahmat qrossmeysterimiz Seymur Tahirbəyovun dünya çempionuna qarşı apardığı mübarizədən bəhs edilirdi. “Daxildəki ada” dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən Sarayevo Film Festivalında da ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olmuşdu.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

