Bizi bizdən alan dünya...
19.10.2022 [12:58]
Kainatda hər şeyin ritmi var, hər şey rəqs edir
(Maya Angelou)
Musiqi necə yarandı?
SƏİDƏ
Bəzən heç bilmədiyimiz bir dildə musiqiyə qulaq asan zaman bu sözü tez-tez eşidirik: “Oradan nə başa düşürsən ki, qulaq asırsan?”. Əslində, bir çoxları elə , musiqi bəşəriyyətin universal dilidir. Yəni biz sözlərini anlamasaq da, hiss edə bilirik. Sözlərin mənalarını bilmədən qulaq asmağımıza səbəb həmin musiqinin bizim ruhumuza toxuna bilməsidir.
Musiqi hər şeydən bezdiyimiz zaman bizi bu dünyadan ayıra bilən möcüzəvi vasitədir. Qulaqlığı taxıb ən sevdiyiniz musiqini dinlədiyiniz zamanı xəyal edin. Ətrafdakı səs-küy yoxa çıxır. Gözlərinizi yumaraq dünyayla olan əlaqəni tamamilə kəsib öz xəyal aləminizdə rahatlıqla gəzə bilirsiniz. çox xoşbəxt olduğunuz bir anda qoşduğunuz şən bir musiqi sizin sevincinizi qat-qat artıra bilir. Sanki ayaqlarınız yerdən kəsilir.
Bəs həyatımıza rəng qatan musiqi necə yaranıb? Bir-birilə ahəng qurub ruhumuzu oxşayan musiqi notlarının tarixi və mənaları haqqında nələr bilirik?
Musiqinin ilk dəfə necə yaranması ilə bağlı dəqiq faktlar tapmaq qeyri-mümkündür. Buna görə də mütəxəssislər bu haqda sadəcə həqiqətə mümkün qədər yaxın müxtəlif fərziyyələr məcbur qalıblar. Təxminən, 1 milyon il əvvəl neandertalların və müasir insanların ortaq əcdadının bizim kimi “oxumaq” üçün səs anatomiyasına malik olduğu dəqiqləşdirilib. Onlar müxtəlif səslər çıxararaq qorxu, həyəcan və ya sevinclərini ifadə edir, bəzən başqa heyvanların səslərini yamsılayırdılar. Müxtəlif səslər nəticəsində musiqi yaranmış ola bilər, lakin onların bunu edib-etməməsi isə hələ də dəqiq məlum deyil.
Başqa bir fərziyyə isə ritmlə əlaqəlidir. Ritm musiqinin mühüm komponentlərindən biridir. Güman edilir ki, əcdadlarımız əl çalaraq, ğac və ya qamış kimi bir-birinə vur musiqi alətləri yaratmış ola bilərlər. Buna görə də onlar günümüzə qədər gəlib çatmayıb. Bu günə qədər tapılmış ən qədim musiqi alətlərindən bəziləri qu quşu və qarğanın qanad sümüklərindən hazırlanıb. Onların yaşı 39.000 ilə 43.000 arasındadır. İnsanların 12.000 il əvvəl mağaralarda qayalara zərbə vurduqlarına dair sübutlar var. Mağaraların özləri səs üçün çox yaxşı rezonator rolunu oynaya bilər.
Musiqi qədim olduğu aşkardır. Bəlkə də, ilk vaxtlardan bəri bizimlə olub. Rəqs edən birinin ehtiyac duyaraq musiqi yaratdığı, yoxsa musiqinin insanların ritmik şəkildə hərəkət etməsinə səbəb olduğu dəqiq bilinmir. İnsanlar təbil və ya buynuz kimi alətlərdən istifadə edərək uzaq məsafələrdən ünsiyyət qura bilmək üçün musiqini yaratmış ola bilərlər. Müasir dövrdə dinlərin özünəməxsus musiqiləri olduğu kimi, keçmişdə də ilkin dini inanclarda rituallar üçün istifadə edil . Bunlarla bağlı bir çox fərziyyələr var. Fərqli istiqamətlərdə aparılmış hər bir tədqiqat tapıntı bizi başqa bir fikrə yönləndirir.
Musiqinin yaranmasının və günümüzə qədər daha da inkişaf edərək irəliləməsinin əsas səbəbi olaraq insanları bir araya gətirməsini göstərirlər. Montagu bunu belə izah edir:
“Musiqi darıxdırıcı və təkrarlanan işlər görəndə işçiləri xoşbəxt edir və hər kəsin birlikdə iş görməsinə kömək edir, işin səmərəliliyini artırır. Ov və ya müharibədən əvvəl birlikdə rəqs etmək, musiqi oxumaq hər kəsi ruhlandırır. Musiqinin insanlar üzərində belə bir təsiri təkcə ailəni deyil, cəmiyyətin özünü də yaratmış ola bilər. Musiqi tənha həyat sürə biləcək fərdləri bir araya gətirir”.
İndi isə gələk ci sualımıza - musiqi notları...
Bəzi insanlar musiqi notlarına baxan zaman onları səslərə çevirməyi bacarır, bəziləri üçün isə bunlar anlaşılmaz işarələrdən başqa bir şey ifadə etmir. Günümüzün musiqi notları əsrlər boyu davam edən innovasiya və təkmilləşdirmənin məhsuludur. Notlar musiqi səsinin yazılı qeydləridir. Onlardan həm musiqi yaratmaq, həm də ifa etmək üçün istifadə olunur.
Musiqinin tarixi kimi musiqi notlarının da tarixi qədimdir. Musiqini yazıya köçürmənin təməli Pifaqor tərəfindən atılıb. Notların ilkin formaları qədim Yunanıstan və Babil sivilizasiyalarına qədər gedib çıxır. Bu ilkin formalar bizim hazırkı musiqi notlarımızdan fərqli.
VI əsrin axırında katolik kilsənin başçısı Birinci Qriqori yenidən tərtib etdiyi bir çox dini xor əsərlərini “nevma” adlanan not yazısı sistemi ilə qeydə alaraq dünyanın bir çox kilsələrinə göndərib. “Nevma” sözünün hərfi mənası “əl ilə işarə” deməkdir. Bu ibtidai notlarda sözlərin üzərində müxtəlif işarələr (cızıqlar, nöqtələr, cizgilər, vergüllər və s.) qeyd olunurdu və ifaçılara kifayət qədər məlumat verə bilmirdi, onlara yalnız əvvəlki notdan yüksək və ya aşağı oxuyacaqlarını göstərirdi.
Bizə tanış olan musiqi notlarının yaranma tarixi isə Avropanın ilk kilsəsi ilə əlaqədardır. Təxminən eramızın 1000-ci illərində italyan rahib Arezzolu Guido Qərbi Avropada musiqinin inkişafına böyük töhfə verdi. O, musiqi notlarını daha da inkişaf etdirdi və demək olar ki, solfecionu (“do-re-mi-fa...”) icad etdi. Müxəlif səsləri ifadə etmək və bunların bir-birlərinə qarışmasının qarşısını almaq üçün səsləri təmsil edən notlara xüsusi adlar verildi. Arezzolu Guido ut (sonradan “do” olacaq), re, mi, fa, sol və lya notlarını qeyd etdi. O, bu adları “Iohannes Battista” ilahəsindəki misraların birinci hecalarından götürərək yaratdı:
“UT queant laxis
REsonare fibris
MIra gestorum
FAmuli tuorum
SOLve polluti
LAbii reatum
Sancte Ioannes”
Nəğmə latıncadan tərcümədə təqribən belə səslənir: “Ey, Müqəddəs İohann, bəndələrinin öz səsləri ilə sənin çox gözəl əməllərini tərənnüm etmələri üçün çirkaba bulanmış ağzımızdan günahları təmizlə”.
Yeddinci notun adı uzun müddət “B” olaraq qaldıqdan sonra XIII əsrdə “Sanete Iohannes” sözlərinin baş hərflərindən yaranan “si” adını aldı. Musiqi notları ifaçılara bilmədikləri bir musiqi parçasını belə asanlıqla ifa edə bilmək üçün şərait yaratdı. Sait səslə bitən notları oxumaq daha rahat idi. Buna görə də “ut” notu XVI əsrdə “do” ilə əvəz olundu.
Not adlarının müasir interpretasiyası belədir:
Do - Dominus - Allah;
Re - rerum - materiya;
Mi - miraculum - möcüzə;
Fa - familias planetarium - yeddi planet, yəni Günəş sistemi;
Sol - Solis - Günəş;
Lya - Lactea via - Kəhkəşan;
Si - siderae - səma.
Bu yazımızda həyatımızın, demək olar ki, hər anında sığındığımız bir liman olan musiqinin yaranma tarixi haqqında bəzi məqamlara toxunduq. Gələcək saylarımızda oxucularımızı musiqinin yaranması ilə bağlı digər maraqlı faktlarla tanış edəcəyik.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

