Səhnələri fəth edən 109 yaşlı “Arşın mal alan”
25.10.2022 [10:44]
Yeganə BAYRAMOVA
Bu gün dünya şöhrətli dahi bəstəkarımız Üzeyir Hacıbəyovun üçüncü operettası olan “Arşın mal alan”ın 109 yaşı tamam olur. 28 yaşlı azərbaycanlı gəncin yaratdığı “Arşın mal alan” Yer kürəsini dolaşaraq bəşəriyyətə sevinc, xalqımıza isə hər zaman başucalığı gətirib. Üzeyir Hacıbəyovun bir sıra əsərlərində gözəl Şuşa şəhərində keçən uşaqlıq və ilk gənclik illərinin xatirələri var. Azərbaycanın musiqi diyarı olan o bənzərsiz şəhərdə gələcəyin dahi bəstəkarı xalqının məişətini, musiqi ənənələrini dərindən öyrənib, həvəskar artistlərin ifasında “Məcnun Leylinin məzarı üstündə” tamaşasına baxıb. Gördükləri yaddaşında dərin iz buraxıb. Bu duyğular ona sonralar “Leyli və Məcnun” operası və başqa əsərlər yazdırıb.
“Arşın mal alan” əsərinin qəhrəmanlarını da böyük Üzeyir bəy o illərdə “tanıyıb”. “Arşın mal alan...” deyə oxuya-oxuya qədim şəhərin küçələrini dolaşan, yad kişilərin döyə bilmədikləri qapılar üzünə açılan arşınmalçıları da ilk dəfə o zamanlar görüb. İllər sonra şöhrətinə şöhrət qatan “Arşın mal alan” operettasında həmin səhnələri əks etdirib.
Üzeyir bəyin son operettası - “Arşın mal alan”
Üzeyir bəy bu əsəri 1913-cü ildə Peterburq Konservatoriyasında təhsilini davam etdirərkən yazıb. Operettanın librettosunun müəllifi də Üzeyir bəy özüdür. Əvvəlcə onu polifoniya müəllimi professor Vasili Pavloviç Kalafatiyə göstərib. Əsəri çox bəyənən Kalafati onu konservatoriyanın direktoru, görkəmli rus bəstəkarı, professor Aleksandr Qlazunova təqdim etməyi məsləhət görüb. Əsər Qlazunovun da çox xoşuna gəlib və onu bütün Rusiyada ilk operetta adlandırıb.
Bundan sonra Üzeyir bəy “Arşın mal alan”ın partiturasını və librettosunu Bakıdakı dostlarına yollayıb. Hələ 1913-cü il iyulun 30-da o, Sankt-Peterburqdan Hüseynqulu Sarabskiyə göndərdiyi məktubunda bildirmişdi: “Bəradərim Hüseynqulu! Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah, sentyabrda göndərərəm ki, əvvəlcə onu qoyasınız.
...Mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun. Ancaq bir qədər vaxt gözləmək və zəhmət çəkmək lazımdır. Mən Bakıda olarkən öz əsərlərimin qədrini bilmirəmmiş, amma burada bilirəm ki, mənim əsərim gələcəkdə böyük bir iş görəcək!”.
İllər sonra - 1938-ci ildə Üzeyir bəy “Arşın mal alan” haqqında qeydlərim” adlı məqaləsində yazıb: “Arşın mal alan” 1913-cü ildə Peterburq Konservatoriyasında oxuduğum zaman yazılıb. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınıb. “Arşın mal alan” yazılıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyət çəkdim...”.
İlk tamaşa
“Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Hacı Zeynalabdin Tağıyev teatrında səhnəyə qoyulub. Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib.
İlk tamaşa uğurlu olub. “Arşın mal alan” bir ilin içərisində yalnız Bakının teatr səhnələrində 150 dəfədən çox oynanılıb.
Operettanı fransız dilinə Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy tərcümə edib. 1925-ci il iyulun 4-də Parisin “Femina” teatrında fransızlar bu tamaşanı məşhur aktyorların - Dervalın (Soltan bəy), Montenin (tacir Əsgər), Passaninin (Gülçöhrə), Maqalinin (Asya) ifalarında görüblər.
Müəllif özü də tamaşanı bəyənib. Üzeyir bəy Böyük teatrda rejissor Hidayətzadənin quruluşunda olan “Arşın mal alan”ın keçmiş quruluşlarının hamısından üstün olduğunu qeyd edib. O, tamaşanın bədii tərtibatında gənc rəssam Ədhəm Sultanovun əməyini, artistlərdən Bülbül, H.Hacıbababəyov, Sona Mustafayeva, Səltənət Quliyeva, Aliyə Terequlova, Elmira Axundova və başqalarının ifalarını yüksək dəyərləndirib.
“Arşın mal alan” ekranlarda
Əsərin ekran taleyi də uğurlu olub. Operetta XX əsrin əvvəllərində, Azərbaycanda “səssiz filmlər” çəkmək istəyən rejissorların müraciət etdikləri ilk əsərlərdən olub. “Arşın mal alan” müxtəlif illərdə dönə-dönə ekranlaşdırılıb. Əsər müəllifini və Azərbaycanı elə məşhurlaşdırıb ki, ermənilər bu şöhrətə əvvəl şərik çıxmaq, sonra tamamilə mənimsəmək xəyalına düşüblər. Amma Üzeyir bəyin Azərbaycan musiqi xəzinəsi üzərində qurduğu bu əsər erməni yalanlarını puça çıxarıb.
Üzeyir Hacıbəyovun doğma xalqı üçün irs qoyub getdiyi bu ölməz əsər uzun illərdir teatrların repertuarından düşmür. Tamaşa dünyanın müxtəlif səhnələrində oynanılır.
Operettanın səhnə həyatından yüz ildən artıq vaxt keçsə də, ona tamaşaçı rəğbəti zaman keçdikcə artır. Buna səbəb süjetin əsasının xalq həyatından alınmış epizodlara söykənməsidir!.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

