Türk dünyasından mədəni birlik mesajı
05.11.2022 [10:27]
Beynəlxalq “Qorqud Ata” festivalı Şuşada keçiriləcək
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bu gün Şuşa azaddır. Artıq bu torpaqlara əbədi qayıdışın simvolu olaraq böyük və çoxşaxəli tədbirlərimiz həyata keçirilir. İstər beynəlxalq, istərsə də yerli təşkilatların Şuşada keçirilən tədbirlərə öz töhfəsini verməsi olduqca əhəmiyyətlidir.
Dövlətimizin başçısı da mütəmadi olaraq bu məsələlərlə bağlı fikirlər səsləndirir. O, həmişə bildirir ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır və burada yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, eyni zamanda tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən möhtərəm Prezident Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı, dövlət başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdı ki, Şuşada Vaqif poeziya və “Xarı bülbül” festivalları da bərpa edilməlidir. Bütün bu tezislər öz reallığını tapdı, Şuşa isə gündən-günə inkişaf etməkdədir.
Şuşada, həm də Türk dünyasının gücünü nümayiş etdirən layihələr də həyata keçirilir. Bu yolla həm də bir növ dünyaya birlik mesajı ötürülür. Həmin tədbirlərdən biri də gələn il Şuşada baş tutacaq beynəlxalq “Qorqud Ata” türk dünyası film festivalıdır.
Məlumata görə, festival çərçivəsində ortaq istehsal üçün zəmin yaratmaq, müsabiqə çərçivəsində yeni filmlərin mükafatlandırılmasını və türk respublikalarının nazirlərini bir araya gətirmək əsas məqsəddir.
Qeyd edək ki, Bursa şəhərində bu il ikinci dəfə 1-5 noyabr tarixlərində keçiriləcək “Korkut Ata Türk Dünyası Film Festivalı”na hazırlıqlar davam edir. Bursa Böyükşəhər Bələdiyyəsi də daxil olmaqla bir çox qurum və təşkilatların dəstəyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil ediləcək festival türk respublikalarından və toplumlarından bir çox peşəkar kino xadimlərini və mədəniyyət xadimlərini bir araya gətirəcək.
Festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. Festivalda türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq iştirak edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

