Atasız böyüdü, övlad acısı çəkdi...
16.08.2023 [15:10]
Əhsən Dadaşovun anadan olmasının 99 illiyi tamam olur. O, 1924-cü il avqustun 16-da Bakı şəhərində anadan olub, burada da boya-başa çatıb. Bu, elə bir dövr idi ki, Azərbaycanın ən böyük ziyalılarının sayəsində Bakı mühitində böyük bir canlanma vardı. Zaman keçəcək və həmin sənət adamlarının sırasında Əhsən Dadaşov da öz adını qızıl hərflərlə yazdıracaqdı.
Təsadüfən 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumunun qarşından keçərkən giriş qapısında yazılmış elan diqqətini çəkir. Elanda tar sinfinə qəbulu gördükdən sonra bir andaca qəlbinin hökmünə tabe olur. Evdən xəbərsiz sənədlərini məktəbə verir. Hərçənd valideynləri onun həkim olmağını istəyirdilər. Dövrünün ən tanınıb seçilən tarzənləri, ustadları Mənsur Mənsurov və Ənvər Mənsurovdan dərs alır.
Hələ yeniyetmə yaşlarından həyatın sərt üzü ilə rastlaşır. 37-ci il fəlakəti çoxları kimi onların da qapısını döyür. Atası Əliabbas Dadaşov1937-ci ildə repressiya edilir, evi dağıdılır, kitabları aparılır, qalanları isə yandırılır. Bütün bu vəhşətin şahidi olan Əhsənin 12-i yaşı olardı. O vaxtdan atasının üzünü belə görmədi. Ata həsrətini, dərdini tarını sinəsinə basaraq keçirməyə çalışırdı. Hayqırtısını simlərə köçürürdü.
Gənc tarzənin qeyri-adi ifaçılıq məharəti görkəmli bəstəkar Səid Rüstəmovun diqqətindən yayınmır. Onu rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edir. Orkestrda çalışdığı müddətdə zəngin sənət təcrübəsi qazanan Əhsən müəllimin "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.
Onu kino musiqisi də cəlb edirdi. Bunu duyan bəstəkarlar Əhsən müəllimin ifasından filmlərdə də yararlanırdılar. “Dəli Kür” filmindəki məşhur “Ana Kür” mahnısını məhz Əhsən Dadaşov udda ifa etmişdi.1960 - cı ildə xalq çalğı alətləri ansamblı yaradır və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olur. Hazırda "Xatirə" xalq çalğı alətləri ansamblı Əhsən Dadaşovun adını daşıyır.
Atasız böyüdü, övlad acısı çəkdi...
Əhsən müəllimi yaxından tanıyanlar xatirələrində onun necə ailəsinə bağlı olduğunu xüsusilə vurğulayırlar. Övladları ilə nəfəs alırdı. Lakin haradan biləydi ki, amansız övlad itkisinin acısını o da yaşayacaq. Öz sevimli müəllimi - Ənvər Mansurovun şərəfinə adını qoyduğu ilk övladından əbədi ayrılacaq. Övladının xəstəliyi ilə heç cürə barışa bilmirdi. Ən bahalı həblər belə oğlunun dərdinə dərman olmadı. Övlad dərdi ilə yanan ürəyi sadəcə 52 il döyünə bildi. Erkən yaşda sənəti, xalqı ilə vidalaşdı.
İlahi fitri istedad və sehrli barmaqları ilə könülləri fəth etdi. Sözün əsl mənasında, qüdrətli sənətkar zirvəsinə yüksəldi. Bir çox tarzənlərin sənət müəllimi oldu. Bu gün onun günüdür.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08

