Azərbaycanın ilk peşəkar qadın rəngkarı
24.11.2023 [13:00]
Azərbaycan çox dahilər, çox istedadlı insanlar yetişdirib.
Onlardan biri də həyatda 41 il yaşasa da, qiymətli əsərləri ilə özünə neçə uzun illər yaşamaq haqqı qazanmış Vəcihə Səmədovadır. Bu gün onun doğum günüdür.
Görkəmli Azərbyacan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova 1924-cü ildə Bakı şəhərində doğulub. O, 1934-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilini bitirdikdən sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə - tanınmış rus rəssamı P.Korinin emalatxanasına daxil olur. Aspiranturanı bitirdikdən sonra oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq müstəqil yaradıcılığa başlayır.
V.Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərində Azərbaycanı qarış-qarış gəzərək vətənin əsrarəngiz gözəlliyini, həmvətənlərinin həyat və məişətini, əmək və qayğılarını əsərlərində ustalıqla təsvir edib.
Vəcihə Səmədova eyni zamanda əvvəllər təhsil aldığı rəssamlıq texnikumunda pedaqoji fəaliyyət göstərirdi. İstedadlı gənclərə sənətin sirlərini öyrədir, onların zövqünü formalaşdırır, öz təcrübəsi ilə bölüşürdü.
Qısa ömür yoluna baxmayaraq fitri istedada malik olan Vəcihə Səmədovanın yaradıcılığı zəngin və çoxşaxəlidir. Bakıda, Moskvada, Sofiyada dəfələrlə fərdi sərgiləri təşkil olunub və böyük uğur qazanıb. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.
Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın adını daşıyır.
Mikayıl
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08

