Musiqinin özü bir tərbiyədir
22.01.2025 [08:38]
Ölkəmizi dünyanın müxtəlif arenalarında təmsil edən sənətkarlar var ki, musiqi mədəniyyətimizi yüksək səviyyədə təbliğ edirlər. Belə sənətkarlardan biri də, əməkdar artist Aqşin Abdullayevdir. Yaxın günlərdə Heydər Əliyev sarayında solo konserti baş tutacaq ifaçı ilə müsahibəni təqdim edirik.
- Aqşin bəy, bir çox beynəlxalq müsabiqələrin laureatısınız, bu, həyatınızda hansısa dəyişikliklərə yol açıb?
- Əlbətdə ki, bunlar gələcəyə doğru yeni uğurlar üçün yol deməkdir. Hazırkı pilləyə çatmaq üçün uzun yol qət etmişəm. Burada milli televiziya və xarici media müsabiqələrinin, qastrol səfərlərimizin də rolu böyükdür.
- Sənətə gəldiyiniz ilk vaxtlarda, düşüncələriniz necə idi, bu yolun çətinliyi sizi qorxutmurdu ki?
- Çətinlikdən heç vaxt qorxmamışam. Əgər bu sənəti seçmişəmsə, demək böyük istək və arzuyla gəlmişəm.
- Hazırkı Azərbaycan musiqisinin sizi qane edən və etməyən tərəfləri hansılardır?
- Musiqinin qane etməyən tərəfi yoxdur, lakin təbliğ olunan musiqidən danışırıqsa. qeyd olunası bəzi məqamlar var. Bu gün insanlar sanki bayağı musiqiyə daha çox üstünlük verməkdədirlər. Bunun ən böyük günahı isə media və televiziyaların üzərinə düşür. Eyni zamanda, cəmiyyətin, insanların da günahı böyükdür, çünki hər bir insan ailəsinə və övladlarına musiqi mədəniyyətini aşılamalı, musiqi tərbiyəsini verməlidir. Çünkin musiqinin özü bir tərbiyədir.
- Bu bayağılığın qarşısını necə almaq olar?
- İnsanlar çoxlu kitab oxumalı, zövqlü musiqilər dinləməli, eyni zamanda, mədəniyyət axtarışında olmalı, teatr və tamaşalara getməlidirlər. Təəssüf ki, əvvəllər teatrlara növbələr var idisə, indi bunu görmürük.
- Gündəmi zəbt edən xarici ritmlərdən ibarət trend musiqilər bizim musiqimizə hansı zərərləri vurur?
- Mən bunu çox normal qarşılayıram, bayağılıqdan kənar ritmlərə yaxşı baxıram. Bu günlər aşıq musiqisindən opera yaranıbsa, cazla muğamın sintezini izləyicilər daha çox qəbul edirsə, bunu xoş qarşılamaq lazımdır. Lakin onun da ən yaxşısını seçməliyik. Nəticədə insanlar həmin musiqilərdən zövq almalı, milli musiqiyə xarici çalarlar qataraq normal sənət əsəri olduğunu bilməlidirlər.
- İstedad və zəhmət. İndiki müğənnilərdə bunlardan hansı zəifdir?
- Ölkəmizdə çox istedadlı insanlar yetişir. Sadəcə, təkcə Qarabağ zonasından çıxanları nəzərə alsaq, sanki böyük konservatoriyanın yetirmələridirlər. Sadəcə, heç kəs zəhmət çəkmək istəmir, daha asan şəkildə pul qazanmaq istəyirlər.
- Necə hesab edirsiniz, bəlkə maddi vəziyyət onlara bu sənətlə məşğul olmağa imkan vermir ?
- Azərbaycan Filarmoniyasında, Opera Teatrında işləyən onlarla adam tanıyıram ki, vəziyyətləri elə də ürəkaçan səviyyədə deyil. Lakin onlar öz sənətinə sadiq qalaraq maddiyəti əsas hesab etmirlər. Onlar yalnız keyfiyyətli musiqi yaratmağı və təqdim etməyi düşünürlər. Mən bayağılığa üstünlük versəydim, yaranmış böyük şanslarım, şöhrətim və s. ola bilərdi. Mən bunun üçün sənəti seçməmişəm, öz sənətimi daha yaxşı təbliğ etmək üçün bu yoldayam.
- Mahnılarınız içində sizi ən çox qane edən hansı ifanızdır?
- İfa etdiyim hər bir mahnını özümü qane etdiyi üçün oxumuşam. “Sual” mahnısı isə mənim üçün xüsusi yer tutur. Hesab edirəm ki, bu mahnı daha çox düşündürücüdür və insanlara nəsə çatdıra bilirəm. Ümumiyyətlə, mənim üçün ciddi mövzulara əsaslanan mahnılar daha çox üstünlük təşkil edir.
- Pedaqoji fəalliyyətlə məşğulsunuzmu?
- Pedoqoji fəaliyyətlə demək olar ki, məşğul deyiləm. Sadəcə, profesional şəkildə öz fəaliyyətimlə məşğulam.
- Bəs gələcəkdə bu barədə düşünürsünüzmü?
- Qətiyyən düşünmürəm. Həm vaxt baxmından uyğun görmürəm. Qeyd edim ki, özümü daha çox ifaçı kimi görürəm. Hər ifaçının yaxşı müəllim ola bilmədiyi kimi, hər müəllim də yaxşı ifaçı ola bilmir. Elə müəllim tanıyıram ki, tələbələri ondan daha savadlıdır. Elə müəllim də var ki, çox gözəl oxuyur lakin bildiklərini tələbələrə çatdıra bilmir.
- Bir müğənni və ailə başçısı olaraq özünüzü necə xarakterizə edirdisiniz?
- Mən həm müğənni, həm də ailə başçısı kimi özümü mükəmməl sayıram. Mənim üçün ümumilikdə üç dəyər var. Valideynlər, ailəm və işim. Bu üç dəyər ömür boyu dəyişilməz qalacaq.
- Yaxın günlərdə konsertiniz olacaq, tamaşaçılar hansı yenilikləri gözləyirlər? Duetlər olacaqmı?
- Fevralın 1-də Heydər Əliyev Sarayında solo-konsertim baş tutacaq. Yeri gəlmişkən, bu vaxta kimi bir çox ölkələrdə Azərbaycanı təmsil etmişəm, Vyana, Türkiyə, Rusiya, Qırğızıstan, Cənubi Koreyada çıxışlarım olub, konsertlərin demək olar ki, hamısı Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Buna görə, dövlətimizə və mədəniyyətimizə böyük dəstək verən Prezident İlham Əliyevə minnətdaram, onlar mənə böyük yol açıblar.
Qarşıdakı konsertə gəlincə, bu, mənim üçün çox böyük məsuliyyət deməkdir, heç bir konsertə bu qədər hazırlaşmamışam, həyəcanlı olmamışam. Bu konsert mənim üçün çox önəmlidir və düşünürəm ki, bura sırf məni sevənlər və dəyər verənlər gələcək. Ona görə də, onlara elə bir musiqi təqdim etməliyəm ki, böyük ruh alaraq, yaxşı təəssüratlarla ayrılsınlar. Hazırda konsertə hazırlıq üçün yüksək məbləğdə pul xərclənir, ancaq bizim məqsədimiz qazanc deyil, məqsədimiz Aqşin Abdullayevin yaradıcılığına layiq bir konsert təşkil etməkdir. Konsertin təşkilində 100 nəfərdən çox insan bizimlə çalışacaq. Burada orkestr musiqiçiləri, həm rəqs ansablı, xor kopellası, pantomimo və s yer alacaq.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxAnalitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50

