“Azərbaycanın nailiyyətlərinin davamlı olmasını arzulayırıq”
11.10.2013 [10:21]
Müşahid Hüseyn Seyid: Seçki prosesində beynəlxalq qaydalara tam əməl olunub və hesab edirəm ki, beynəlxalq standartlara müvafiq seçkilərin keçirilməsi olduqca müsbət nümunədir
Pakistanın sabiq informasiya, mədəniyyət və turizm naziri, bu ölkə Senatının Müdafiə və müdafiə sənayesi komitəsinin sədri, senator, Pakistan Müsəlman Liqasının baş katibi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) və Mərkəzçi Asiya-Sakit okean Beynəlxalq Demokratlar (CAPDİ) təşkilatlarının Daimi Komitəsinin üzvü, təşkilatın xüsusi məruzəçisi Müşahid Hüseyn Seyid “Yeni Azərbaycan” qəzetinə müsahibə verib.
- Cənab Müşahid Hüseyn Seyid, məlum olduğu kimi, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləyibsiniz. Seçki prosesini necə qiymətləndirirsiniz?
- İlk öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilərin tam demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb. Müşahidələrim nəticəsində deyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri azad, ədalətli və demokratik qaydada keçirilib. Seçki prosesində beynəlxalq qaydalara tam əməl olunub və hesab edirəm ki, beynəlxalq standartlara müvafiq seçkilərin keçirilməsi olduqca müsbət nümunədir.
Azərbaycandakı seçkilərin digər bir müsbət özəlliyi odur ki, prezident seçkiləri tam stabil mühitin fonunda baş tutub: İnsanlar sərbəst şəkildə - qanunlara müvafiq olaraq öz səsvermə hüquqlarından istifadə ediblər. Görünür ki, ictimai fəallıq olduqca yüksək səviyyədədir, seçicilər böyük maraqla bu prosesə qoşulublar.
Müşahidə etdiyim seçki məntəqələrində hər hansı bir qanun pozuntusuna rast gəlməmişəm. Seçicilər kifayət qədər maariflidirlər, öz hüquqlarını yaxşı bilirlər. Elə məntəqələrdə də tam demokratik, şəffaf mühit yaradılıb. Bir sözlə, Azərbaycanda seçkilərə maraq çox yüksəkdir. Beynəlxalq müşahidəçilərə seçkiləri obyektiv surətdə izləmək üçün əlverişli şəraitin yaradıldığını xüsusi olaraq qeyd etmək istəyirəm. Seçkiləri izləmək üçün kifayət qədər yerli və beynəlxalq müşahidəçilərin prosesə qoşulması müsbət və təqdirəlayiq haldır.
- Bəllidir ki, bu gün Azərbaycanla Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Münasibətlərin hazırkı səviyyəsi və perspektivinə dair nə deyə bilərsiniz?
- Bəli, Azərbaycanla Pakistan arasında bir çox sahələrdə faydalı əməkdaşlıq münasibətləri mövcuddur. Siyasi, mədəni, humanitar və digər sahələrdə mövcud olan əlaqələr yüksək səviyyədədir və tərəflər münasibətlərin perspektivinə optimist baxırlar. Mütəmadi xarakter daşıyan parlamentlərarası əlaqələrin də arzuolunan səviyyədə olması təqdirəlayiqdir.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanla Pakistan bir-birilərini daim beynəlxalq müstəvidə dəstəkləyirlər. Biz bu baxımdan, Azərbaycana minnətdarıq. Həmçinin, Pakistan Azərbaycanın ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkənizin mövqeyini dəstəkləyir. Biz BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsini zəruri hesab edirik. Bilirsiniz ki, Pakistan Ermənistanın müstəqilliyini tanımır. Biz Ermənistanın işğalçı siyasətə son qoymasını tələb edirik. Bu təcavüzkar siyasət həm də regional və beynəlxalq təhlükəsizliyə təhdiddir.
Şübhəsiz, bu gün Azərbaycanın inkişaf və sabitliyi dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan, sözün əsl mənasında, sabitlik adasıdır. Bu sabitlik və inkişaf müasir dövrdə bir çox ölkələrə nümunədir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin xüsusi fəaliyyəti sayəsində Azərbaycan çöx böyük nailiyyətlərə imza atmışdır. Biz bu nailiyyətlərin davamlı olmasını arzulayırıq.
Onu da bildirmək istəyirəm ki, Azərbaycanın beynəlxalq mövqeyi də davamlı olaraq güclənməkdədir. Azərbaycan güclü və nüfuzlu dövlətdir. Azərbaycanın mütərəqqi xarici siyasəti və əldə etdiyi nailiyyətlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

