Üçrəngli bayrağımız istiqlal rəmzi və millətin var olmasının ən böyük göstəricisidir
08.11.2017 [09:46]
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri, professor Rafail Əhmədli www.yap.org.az saytına müsahibə verib:
- Rafail müəllim, hər il 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Sizcə, hər bir xalq üçün bayraq hansı anlam daşıyır?
- Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət bayramı kimi qeyd etdiyimiz 9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının ən əziz bayramlarından biridir. Bayraq millətin şərəfidir, istiqlal rəmzidir və hər bir millətin var olmasının ən böyük göstəricisidir. Bir müddət öncə ümumi bayraq kimi mövcud olan keçmiş Sovet İttifaqının bayrağı, bəlkə də, o nəslin çoxunun yadından çıxıb. Çünki o bayrağı görəndə yuxarıda sadaladığımız hisslər keçirə bilmirdik, sadəcə olaraq, ona bir dövlət rəmzi kimi baxırdıq. Milli bayrağımızı görəndə isə şərəf və qürur duyuruq, bu bayrağı uca tutmağı, əbədiyyətə qədər var etməyi özümüzün ən ümdə vəzifəmiz kimi fikrimizdə canlandırırıq.
- Bayrağın hər bir millət üçün önəmini qeyd etdiniz. Azərbaycan xalqının dövlətçilik tarixində bayraq amili nə dərəcədə yer tutur?
- Ümumiyyətlə, dövlət mədəniyyətin ən yüksək forması olduğu üçün onu yalnız millət yarada bilər. Bu anlamda hər bir millətin öz dövlətçilik fəlsəfəsi vardır. Dövlət millət həyatının ən əhəmiyyətli bir fenomenidir. Dövlət və dövlətçilik tarixində millətimiz bəşəriyyətə çox önəmli töhfələr verib. Ən azı beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının çox zəngin dövlətçilik fəlsəfəsi, ictimai-siyasi tarixi, ideoloji, hüquqi və iqtisadi görüşləri vardır.
Tarixdə Azərbaycan dövlətləri və onların davamı sayılan Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası məhz bu ideoloji-siyasi əsaslara dayanaraq yaradılıb. Özünü 1918-1920-ci illərdə var olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi hesab edən müasir müstəqil Azərbaycan Respublikası o zaman xalqımızın yaratdığı üçrəngli bayrağa da yenidən sahib çıxaraq onu ucaldıb və dövlət bayrağı kimi qəbul edib. Bayraq dövlətin həyatında ən mühüm yer tutan atributlardan biri kimi çox önəmlidir. Çünki o, mahiyyətində təmsil etdiyi dövlətin xarakterik xüsusiyyətlərini, mənalarını daşıyır.
- Bəs 9 noyabrın təqvimə Dövlət Bayrağı Günü kimi daxil edilməsinin tarixi-siyasi əhəmiyyəti nədən ibarətdir?
- 9 Noyabr - Dövlət Bayrağı Günü təqviminin xalqımızın həyatında mənəvi-psixoloji cəhətdən çox önəmli yeri var. Öz dövlətçiliyinə, bayrağına sadiq olan, böyük önəm verən xalqımız üçün belə bir günü yaşaması, çox yüksəklərə ucalan bayrağını hər an görməsi ona qürur verir, şərəf duydurur. Dövlətini, dövlətçiliyini, bayrağını sevməsi, canından artıq istəməsi üçün sanki yeni bir təkan verir.
- Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericilik səviyyəsində necə qorunur?
- Məlumdur ki, parlament tərəfindən “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edilib. 8 iyun 2004-cü il tarixində isə Milli Məclis “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun qəbul edib. Həmçinin “Dövlət bayrağı haqqında Əsasnamə” də qəbul olunub. Buna qədər bayraqdan necə gəldi istifadə olunurdu. İctimai-siyasi təşkilatlar, müxtəlif qurumlar dövlət bayrağını harada gəldi asırdılar. Bu da dövlətçilik təcrübəsinin zəif olmasından, insanlarda dövlətçilik şüurunun kifayət qədər yetkin olmamasından irəli gəlirdi. Ona görə də vacib idi ki, belə bir qərar qəbul olunsun. Bu qərarlarla biz Azərbaycan bayrağının müqəddəsliyini, Azərbaycan bayrağının dəyərini bir daha anlamış, dərk etmiş olduq. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır. Bu mənada həmin sənədlər böyük əhəmiyyətə malikdir.
- Üçrəngli bayrağımız bu gün mötəbər beynəlxalq təşkilatların qarşısında dalğalanır. Bu da çox qürurverici məqamdır...
- Bəli, XX əsrin sonlarından o möhtəşəm üçrəngli bayrağımızın beynəlxalq təşkilatların və dövlətlərin bayraqları sıralarında önəmli bir yer tutması, dalğalanması hər kəsdə, bütün millətimizdə qürur hissini artırır, şərəfli duyğu yaradır. Nəinki 10 milyona yaxın Azərbaycan vətəndaşının, dünyada yaşayan 50 milyona qədər azərbaycanlının qürur mənbəyinə çevrilərək Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi üçün bir mayak rolunu oynayır. Son illərdə ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlar içərisində respublikamızın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi, ona sədrlik etməsi və bu mötəbər beynəlxalq qurumda, onun kürsüsündə Azərbaycan Prezidenti İlham Əliyevi və bayrağımızı görəndə özümüzü dünyanın ən qürurlu milləti hesab etməyə haqqımız çatır.
- Rafail müəllim, bu gün gənc nəslin müstəqil dövlətimizin atributlarına, o cümlədən bayrağımıza olan münasibətini necə dəyərləndirirsiniz?
- Bu gün fəxrlə deyə bilərik ki, gənc nəslimizdə çox yüksək dövlətçilik hissi, Vətənə, millətə sevgi ruhu formalaşıb. Gənclərimizdə Vətən əxlaqı, millət əxlaqı formalaşıb. Artıq gənclərimiz müstəqil dövlətin nə olduğunu dərk edib onun bayrağını canları qədər sevirlər. Ölkəmizin əlamətdar günlərində vətəndaşlarımızın, xüsusilə gənclərimizin əlində saysız-hesabsız bayraqları gördükdə hər birimiz şərəf hissi keçirməyə bilmirik. Bayrağına, dövlətinə bu qədər bağlı olan, onu sevən gənclik, hesab edirəm ki, müstəqil dövlətini heç zaman unuda bilməz.
Bununla yanaşı, çalışmalıyıq ki, bayrağımızın simvollarını, onun özündə daşıdığı mahiyyəti böyüməkdə olan nəslimizə dərindən aşılayıb, onun keçdiyi tarixi yolu tədris ocaqlarında hərtərəfli izah edək. “Türkçülük, müasirlik, islamçılıq” kimi mahiyyəti özündə əks etdirən ideoloji sistem XIX əsrin ikinci yarısından başlayan milli-mənəvi inkişafın nəticəsi olub, ədəbiyyatın, mətbuatın, ayrı-ayrı mütəfəkkirlərin, siyasət, elm, mədəniyyət və incəsənət xadimlərinin təfəkküründə formalaşıb, cəmiyyətə mərhələ-mərhələ təqdim edilərək sonda dövlət ideologiyası səviyyəsinə qaldırılıb. Bu ideoloji sistem rəsmiləşərək Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət atributu olan üçrəngli, ay-ulduzlu bayrağımızda əksini tapıb.
Bu ideoloji sistem xalqımıza eyni sosial-siyasi məkanda milli-mənəvi yaddaşın qorunmasını, onun yüksəlişini təmin edən fəlsəfi-estetik təməli, onun nəzəri əsasını, milli tərəqqi təlimini bəxş edib. Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən devrilməsindən sonra bu üç sütunlu ideoloji sistemə yenidən müstəqillik qazanan Azərbaycan Respublikası sahib çıxdı. Mənəvi irsimiz olan bu ideoloji sistem bugünkü qloballaşma prosesində də öz aktuallığını saxlamaqdadır.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

