GUAM-dan çıxmaq Azərbaycanla münasibətlərə zərər vurarsa, Ukrayna buna getməyəcək
16.04.2010 [09:30]
Trend-in Kiyev Siyasi Araşdırmalar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinski ilə xüsusi olaraq “Yeni Azərbaycan” qəzeti üçün müsahibəsi:
- Ukrayna Prezidenti Viktor Yanikoviç ölkənin NATO-ya daxil olmağa hazırlıq məsələləri üzrə idarələrarası komissiyasını ləğv edib. Siz bu qərarı necə qiymətləndirirsiniz və Kiyevin Qərb ilə münasibətlərini necə proqnozlaşdırmaq olar?
- Parlament heç bir qanun qəbul etməyib və Ukraynanın NATO-ya daxil olmaqdan imtina etməsi məsələsi ilə bağlı hökumətin qərarı yoxdur. Söhbət Ukrayna Prezidenti Viktor Yanukoviçin və onun partiyasının mövqeyindən gedir. Bu mövqe ondan ibarətdir ki, Ukrayna üçün NATO-ya üzvlük məsələsi hazırda aktual deyil, lakin prinsipcə bu mümkündür; əgər referendumda çoxluq bunun lehinə səs verərsə. Hazırda belə şanslar sadəcə, yoxdur. Bu bəyanatdan hamı belə nəticəyə gəlir ki, yeni hakimiyyət neytral statusa əməl olunmasına, Qərb və Rusiya arasında hansısa balansa meyillidir və yeri gəlmişkən, hakimiyyətin bəyanatı bunu təsdiqləyir. Onlar deyirlər ki, Ukrayna böyük təhlükəsizlik sisteminin yaradılmasında maraqlıdır ki, bura da Avropa və Rusiya daxil ediləcək. Avropa tərəfdaşları və ABŞ Yanukoviçin NATO ilə bağlı mövqeyindən məyus deyil. Belə ki, NATO-ya daxil olmaq mövzusu Qərb dövlətlərinin gündəliyində deyil. Hazırda onlar Rusiya ilə konstruktiv münasibətlərin qurulmasında daha çox maraqlıdırlar, nəinki Ukraynanın alyansa daxil olmasında. Bu, Buşun və bəzi Şərqi Avropa ölkələrinin ideyası olub. ümumilikdə, Aİ Ukraynanın NATO-ya cəlb olunmasına ehtiyac görmür. çünki, hazırda ABŞ və Rusiyanın münasibətlərində “yenidənyükləmə” həyata keçirilir ki, bu da Ukraynanın NATO-ya yolunun bərpasına şans yaratmır. İndi Ukrayna NATO ilə əməkdaşlıq edərək alyansın tərəfdaşı kimi öhdəliklərini yerinə yetirəcək.
- Viktor Yanukoviç Qərb və Rusiya arasında Ukraynanın balanslaşdırılmış münasibətlər vektorunu saxlaya biləcəkmi?
- Ukrayna manevr etməyə məhkumdur, ona Qərbin investisiyaları və texnologiyası lazımdır; o, Avropa İttifaqı ilə azad ticarət istiqamətində irəliləyir ki, yeni hakimiyyətdə çox güclü olan iri qeyri-emal məhsulları tədarükçüləri bunda maraqlıdır. Bu hərəkəti Ukraynanın Rusiya, Belarus və Qazaxıstan Gömrük İttifaqına qoşulması istiqamətindəki hərəkətlə birləşdirmək çox çətindir. Lakin Gömrük İttifaqının özünün formalaşması uzun prosesdir və onun da özünün problemləri var. Amma, gələcəkdə Ukrayna, əlbəttə ki, bu iqtisadi məkanla əməkdaşlıq formasını axtaracaq. Sadəcə, bizim başqa yolumuz yoxdur; belə ki, bizim əmtəə dövriyyəmizin 1/3 hissəsi məhz bu məkanın payına düşür. Zənnimcə, xoş məram olarsa, Ukraynanın dərhal iki istiqamətdə - Rusiya və Qərb istiqamətində inteqrasiyası üçün kompromis tapılacaq.
- Yanukoviç bildirib ki, GUAM öz aktuallığını itirib. Ukraynanın GUAM-dan çıxacağını gözləmək olarmı? Və bu təşkilatın perspektivləri necədir?
- Belə mövqe olub və mənim fikrimcə, bu, tamamilə əsaslıdır; lakin mən Ukrayna prezidentini və onun komandasından olan adamları şəxsən tanıdığıma görə düşünürəm ki, o, daxili işlərdə göstərdiyi böyük qətiyyəti beynəlxalq işlərdə göstərmək fikrində olmayacaq. çevik artan iqtisadiyyata və enerji resurslarına malik Azərbaycan Ukraynaya həqiqətən lazımdır. Əgər, Ukraynanın GUAM-dan çıxması Azərbaycanla münasibətlərə zərər vurarsa, Yanukoviç buna getməyəcək. Yeni prezidentin komandası, hətta, lazım gələrsə, GUAM çərçivəsində Azərbaycan ilə dost münasibətlərini saxlamaq niyyətindədir.
- Viktor Yanukoviç hökuməti qazın qiyməti ilə bağlı Rusiya ilə yeni razılaşmaların müqabilində nə təklif edə bilər? Belə ki, Vaşinqtonda prezidentlər arasında bu barədə söhbət gedib.
- Burada intriqa var və hələlik ekspert birliyi bilmir ki, Ukrayna qazın qiymətinin müqabilində Rusiyaya maraqlı nə təklif edə bilər. Mən Rusiyanın nədə maraqlı olduğunu yalnız ehtimal edə bilərəm, lakin, təsdiqləyə bilmərəm ki, məhz bu, sövdələşmə predmetidir. Rusiya Sevastopolda Qara dəniz donanmasının yerləşdirilməsi məsələsində prolonqasiyada və müəyyən sistemli qərarda maraqlıdır. Hazırda, Rusiyaya köhnə müqavilənin əvəzində dəyişikliklər edilmiş yeni müqavilə lazımdır. Belə ki, köhnə müqavilədə Moskva üçün əlverişli olmayan bəndlər göstərilib; məsələn, köhnə gəmilərin yeniləri ilə dəyişdirilməməsi barədə. Bu siyasi güzəşt Ukrayna üçün heç bir şey deyil; üstəlik, maliyyə dividenti gətirə bilər. Razılaşma mövzusu ola biləcək digər məsələlər də var. Rusiya istərdi ki, Ukraynada rus dilinə dövlət statusu verilsin. Rusiya və Ukraynanın münasibətlərində digər mühüm məqam Ukrayna ərazisi ilə enerji resurslarının tranzitinə görə, qiymətlə bağlı bütün problemləri həll etmək istəyidir. Bu problemin yeganə həll yolu qazın Avropaya nəql olunduğu borunun alınmasıdır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16

