Tahir Kərimli: Yeni reallıqlar Azərbaycan üçün mühüm dividendlər vəd edir
11.02.2021 [09:05]
Müsahibimiz Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimlidir:
- Tahir müəllim, ölkəmizdə yaranmış yeni siyasi konfiqurasiya siyasi palitraya hansı yenilikləri gətirmiş oldu?
- Ötən ilin əvvəlindən başlayaraq ölkəmizin siyasi inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Xüsusilə, 2020-ci ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında yeni münasibətlərin formalaşmasına zəmin yaratdı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı ki, bu da partiyalararası münasibətlərə rəng qatmaqla yanaşı, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Müxalifətdən olan deputatların parlamentin rəhbərliyində, o cümlədən komitə rəhbərləri səviyyəsində təmsil olunması bunu təsdiq edir. Bununla yanaşı, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə köklü dəyişikliklərə yol açdı. Biz bunu 44 günlük Vətən müharibəsinin fonunda daha çox hiss etmiş olduq.
- Qeyd etdiyiniz kimi, yeni dialoq mühiti partiyaların Vətən müharibəsində milli birlik, həmrəylik nümayiş etdirməsində mühüm rol oynadı. Bu isə özlüyündə qələbəmizdə önəmli amilə çevrildi. Qələbədən sonrakı mərhələdə bu həmrəyliyin qorunması və inkişaf etdirilməsi hansı perspektivləri yaradır?
- Sevindirici haldır ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya Vətən müharibəsi başlanan gün birgə bəyanat imzaladı və bu sənəd Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin yanında olduğunu bütün dünyaya nümayiş etdirdi.
Vurğulamaq istərdim ki, rəhbərlik etdiyim Vəhdət Partiyası hər zaman ölkəmizdə qarşılıqlı dialoqun, vəhdətin, həmrəyliyin tərəfdarı kimi çıxış edib. Bizim partiya ümummilli məsələlərdə, dövlətin, dövlətçiliyin inkişafı ilə bağlı məsələlərdə daim dialoqu dəstəkləyir. Bizim xalq olaraq, cəmiyyət olaraq bir amalımız, hədəfimiz vardı - Qarabağın işğaldan azad olunması və bu, reallaşdı. Məhz Prezidentimizin böyük iradəsi, qətiyyəti, ordumuzun gücü, şəhidlərimizin qanı bahasına bu gün Qarabağ bizimdir. Bu qələbə Prezidentimizin, Ordumuzun, əsgərimizin gücü ilə qazanıldı. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız ümummilli mübarizəmizə öz töhfəsini verdi və bu milli birlik alqışlanasıdır. İnanıram ki, inkişafımızın qarşıdakı yeni mərhələsində bu sağlam dialoq mühiti daha da inkişaf etdiriləcək. Çünki bu, olduqca vacib bir məsələdir.
- Torpaqlarımızın düşmən işğalından azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması regionda yeni siyasi-iqtisadi mənzərə yaradıb...
- Birmənalı şəkildə vurğulanmalıdır ki, Azərbaycan artıq regionun yeni güc mərkəzidir. Dünənə qədər iqtisadi üstünlükləri ilə xarakterizə edilən dövlətimiz möhtəşəm zəfər əldə etməklə həm siyasi, həm də hərbi mənada öz üstünlüyünü təmin etmiş oldu. Bölgədə yeni əməkdaşlıq formatları müəyyənləşir ki, burada da diktə edən tərəf Azərbaycandır. O mənada diktə edən deyirəm ki, bölgədə reallaşan bütün layihələr və əməkdaşlıqlar Azərbaycanın milli maraqları çərçivəsində müəyyənləşir. Yeni nəqliyyat-tranzit xətlərinin açılışı, Naxçıvanla Azərbaycan arasında quru yolu dəhlizinin istifadəyə verilməsi, bir sözlə, yeni reallıqlar Azərbaycan üçün mühüm dividendlər vəd edir. Bu dəhliz Şərq-Qərb tranzitinin ən səmərəli xəttinə çevriləcək və ən işlək yol statusu qazanacaq. Cəbhədə qazanılan qələbə ölkəmizin daxilindəki inkişaf prosesində yeni mərhələyə start verib. Bu baxımdan, artıq hər birimiz bu yeni siyasi mərhələyə, inkişafa adaptasiya olmalıyıq. Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizi daha aydın gələcəyə daşımaq üçün müəyyən olunmuş hədəflərdir.
Növbəti onillikdə ölkəmiz üçün dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritetlərin müəyyənləndirilməsi olduqca böyük perspektivlərdən xəbər verir. Bunun üçün isə hər kəs səfərbər olmalı, daha güclü, qüdrətli Azərbaycanın inkişafı üçün bütün gücünü sərf etməlidir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

