Azərbaycanda modern bir vergi sistemi mövcuddur
29.07.2010 [03:25]
Bu günlərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gəlirlər və Gömrük İdarəsi İdarəetmə Şurasının üzvü, vergilər üzrə daimi katib Deyv Hartnettin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Qonaqlar ölkəmizin vergi sistemi ilə yaxından tanış olub, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar. D.Hartnett səfərinin yekunları ilə bağlı AzərTAc-a müsahibə verib.
- Cənab Hartnett, Azərbaycan ilə Birləşmiş Krallıq arasında bütün müstəvilərdə çox yaxşı siyasi-iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki dövlətin rəsmi qurumları arasında əlaqələrin genişlənməsi bu əməkdaşlığın daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Bu gün iki dövlətin vergi administrasiyaları arasında əməkdaşlıq səviyyəsini necə qiymətləndirərdiniz?
- Hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Krallığın vergi administrasiyaları arasında hazırkı əlaqələrin səviyyəsi kifayət qədər yüksəkdir. Lakin bu əməkdaşlığı daha da genişləndirmək üçün zəngin potensial vardır, birgə görə biləcəyimiz işlər çoxdur. Burada olduğumuz müddətdə gördüklərimiz belə deməyə əsas verir ki, bir-birimizdən öyrənməli olduğumuz məsələlər də az deyildir. Biz vergi administrasiyanızın fəaliyyətinə Azərbaycan rəhbərliyi tərəfindən böyük dəstək verildiyinin şahidi olduq. Azərbaycanda bu gün modern bir vergi sistemi mövcuddur. Düşünürəm ki, mənim ölkəm kimi böyük dövlətlərin də sizinlə əməkdaşlıqdan öyrənə biləcəkləri vardır. Eyni zamanda, ümid edirəm ki, bizim də Azərbaycan ilə bölüşəcəyimiz təcrübə kifayət qədər böyükdür.
- Səfəriniz çərçivəsində Azərbaycanın vergi xidmətinin rəhbərliyi ilə görüşlər keçirmiş və əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə etmisiniz. Bu görüşlərin gələcək əməkdaşlığın inkişafına təsirini necə qiymətləndirirsiniz?
- Mən həmişə digər ölkələrdə vergi administrasiyalarının rəsmiləri ilə görüşməkdən məmnunluq duymuşam. Bakıda biz vergi xidməti rəhbərlərinın öz işlərinə yaradıcı yanaşması ilə rastlaşdıq. Onlar vergi ödəmələrinin artımına vergi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması yolu ilə çalışır və bu işi yüksək səviyyədə görmək istəyirlər. Şübhə etmirəm ki, hazırkı və gələcək görüşlərimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız hər iki ölkənin vergi sisteminə öz müsbət təsirini göstərəcəkdir.
- Azərbaycan ilə Birləşmiş Krallıq arasında vergi sahəsində ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli sazış mövcuddur. Gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması haqqında sizin fikirlərinizi bilmək istərdik.
- Əlbəttə, ikiqat vergitutmanın aradan qaldırılması kimi sazişlər ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu, təkcə dövlətlər, vergi administrasiyaları üçün deyil, biznes cəmiyyəti üçün də vacibdir. ölkələrimiz arasında belə bir sazişin mövcud olmasından çox məmnunam. Belə sazişlər dinamik olmalıdır. Əminəm ki, hər iki tərəf həmin sazişin daha da təkmilləşdirilməsində maraqlıdır. Hesab edirəm ki, yaxşı zəmində başlanmış əməkdaşlığımız gələcəkdə daha da genişlənəcəkdir. Mən nazir Fazil Məmmədovla gələcək əməkdaşlığımızın bir sıra sahələrini geniş müzakirə etmişəm. Biz böyük məmnuniyyətlə bu müzakirələrin hüquqi müstəviyə keçirilməsi imkanlarını tədqiq edəcəyik. Şəxsi fikrim isə bundan ibarətdir ki, iki ölkə arasında iqtisadi-siyasi əlaqələr dərinləşdikcə vergi administrasiyalarının əməkdaşlıq imkanları da genişlənəcəkdir.
- ölkəmiz və Azərbaycanın vergi sistemi ilə tanışlıqdan sonra təəssüratlarınız bizim üçün maraqlı olardı.
- ölkəniz haqqında təəssüratlarım hələlik yalnız Bakı şəhəri ilə məhdudlaşsa da, deyə bilərəm ki, şəhərinizdə məni daha çox yaşıllıq məftun etdi. Bakı hətta Londonun bəzi gözəl yerlərindən belə, daha yaşıldır. Bakıda gecə gəzintisinə çıxmışdım. Bakı gecələri məftunedicidir. Paytaxtınızda insanların üzündə qonaqpərvərlik, gülüş və mehribanlıq gördüm. Azərbaycanın vergilər naziri mənimlə görüşündə demişdi ki, Bakıda yaxşı qarşılanacağımıza ümid edir. Mən əminliklə deyə bilərəm ki, burada olduqca yüksək səviyyədə qarşılandıq. Maraqlıdır ki, bizim insanlarımız da, düşüncələrimiz də oxşardır, mən fərqli bir şey görmədim. Bir ölkəyə səfər edərkən səni nə gözlədiyini bilmirsən. Azərbaycanda biz məmnunluqla ölkələrimiz arasında oxşarlıqların bu qədər çox olmasının şahidi olduq. Eyni zamanda, vergi sistemlərimiz arasında da oxşarlıqlar vardır. Vergi xidməti ilə bağlı təəssüratlarımı qruplaşdıraraq üç əsas məsələni qeyd etmək istərdim. Birincisi, Azərbaycanın vergi sistemini idarə edən insanları, onların öz məqsədlərinə sadiqliyini gördüm. Əlbəttə, mənim ölkəmdə də liderlər belə məqsədyönlüdürlər, lakin Azərbaycanda vergi sisteminə məsul olan şəxslərin məqsədlərinə yaxşı mənada can atmaları alqışlanandır. İkinci təəssüratım ölkənizdə tətbiq olunan ƏDV sistemi ilə bağlıdır. Buradakı ƏDV inzibatçılığı bizim ölkədəkindən daha sadədir və işləkdir. Bəlkə bu onunla bağlıdır ki, bizim ƏDV sistemimiz bütün Avropa ölkələrində tətbiq olunur və buradakı hər bir kiçik dəyişiklik belə digər Avropa ölkələri ilə razılaşdırılmalıdır. Bu, kifayət qədər çətin və çox vaxt tələb edən bir prosesdir. Sizin isə vahid bir sistemi bir ölkədə tətbiq etmək kimi yaxşı imkanınız vardır. Düşünürəm ki, biz sizin ƏDV sistemi ilə bağlı təcrübənizin bəzi məqamlarından faydalana bilərik. üçüncü məqam isə ölkənizdə tətbiq olunan “bir pəncərə” sistemi ilə bağlıdır. Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinın qeydiyyat prosedurlarında və digər bir çox məsələlərin həllində istifadə edilməsi bir əldən idarəetmənin yaxşı göstəricisidir. Digər tərəfdən, bu, Azərbaycan hökumətinin vergi administrasiyasına etimadını göstərir. Bu, əlbəttə, sevindiricidir.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22

