Yeni Azərbaycan Partiyası gənclərin inkişafı üçün geniş imkanlar yaradıb
03.02.2011 [09:52]
- Seymur müəllim, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. İstərdik ki, bu siyasətin önəmi, üstünlükləri haqqında fikirlərinizi bildirəsiniz...
- Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda 2 Fevral - Gənclər Günü 1997-ci ildən qeyd edilir. Bu, ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmişdir. Qeyd edim ki, MDB məkanında isə analoji proses cəmi bir neçə il bundan əvvəl başlayıb. Azərbaycanda gənclərə diqqət və qayğı siyasəti Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildiyiniz kimi, 2007-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Gənclər ili” elan edildi. Azərbaycan gənclər siyasətində normativ hüquqi aktların hazırlanması, gənclərin cəmiyyətdə özünü təsdiq etməsi məsələlərində MDB məkanından xüsusilə fərqlənir, bu prosesdə öndə gedən ölkə kimi özünü sübut edib. Təbii ki, əhalinin böyük əksəriyyəti gənclər olan, demoqrafik problemi olmayan bir ölkədə gənclərə belə bir münasibətin göstərilməsi biz gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bu gün Azərbaycanda gənclik dövrü bütün dünyada qəbul olunduğu kimi 14-29 yaş arasıdır. Azərbaycanda gənclər siyasəti ilə bağlı Prezident İlham Əliyev tərəfindən xeyli sayda Sərəncam imzalanıb. Gənclər və İdman Nazirliyi müxtəlif gənclər təşkilatları və digər müvafiq qurumlarla birgə bu siyasətin həyata keçirilməsi üçün səylə çalışır. Bu baxımdan Azərbaycan gəncliyi yetərincə peşəkar, öz üzərində çalışan və əvvəlki dövrlərdən xeyli fərqlidir.
- Sizcə, bu gün gənclərimizin beynəlxalq müstəvidə özünütəsdiq imkanları hansı səviyyədədir?
- Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Avropa Gənclər Forumunun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan qədər fəallıq göstərən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın dünyanın böyük dövlətlərində Azərbaycan həqiqətlərinin çatdırılmasında rolu xüsusi vurğulanmalıdır. Eləcə də, Benilüks ölkələrində, ABŞ-da, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər. Bildiyiniz kimi, 2009-2010-cu ildə gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.
- Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı fəaliyyət istiqamətləri haqqında nə deyə bilərsiniz?
- Yeni Azərbaycan Partiyasının gənclər siyasətində bir sıra prioritet istiqamətlər mövcuddur. Bununla bağlı üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma, beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə mütəxəssis qismində təmsil olunma. Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı siyasətinin uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını da ildən-ilə artırır. Seçki prosesində gənclərin iştirakı, parlament və bələdiyyələrdə təmsil olunmaları buna misaldır. Hazırda dövlət gənclər siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə özünə etimad qazanmış yetərincə gənc millət vəkilimiz var. Digər ölkələrlə müqayisədə bu rəqəm yüksəkdir. 2009-cu ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində də xeyli sayda gənc namizədlər var idi. Bu proses göstərir ki, özünə inananların sayı yetərincədir. Azərbaycan həqiqətləri ilə bağlı dünyada ədalətsiz məqamlara rast gələndə istər interforumlardakı aksiyalarda, istər beynəlxalq tədbirlərə qatılmaq nöqteyi-nəzərdən bütün proseslərdə gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə gənclərin fəallığından irəli gəlir. Elə dövlət və qeyri-hökumət strukturu yoxdur ki, orda gənclər təmsil olunmasın.
Yeni Azərbaycan Partiyasının Azərbaycan gəncliyinin inkişafı yolunda bir istiqaməti də gənclər təşkilatlarının yaradılmasına dəstək verməkdir. Onları şərti olaraq üç istiqamətdə bölmək olar: aktiv, qismən aktiv və yeni yaranan təşkilatlar. Təbii ki, yeni yaranan gənclər təşkilatları digərlərinin inkişafında kadr potensialının güclənməsi, sağlam rəqabətin yaradılması baxımından müsbət rol oynayır. Qismən aktiv təşkilatlar öz üzərində işləyərək maraqlı layihələrin həyata keçirilməsinin axtarışında olanlardır. Aktiv qurumlar isə öz ətrafında artıq təsdiqlənmiş, müəyyən zaman kəsiyində ortaq fikirdə olan gəncləri öz ətrafına birləşdirə bilmiş və gələcəkdə mütəxəssislərin cəmiyyətə təqdim edilməsinə xidmət edən strukturlardır. Yəni, bu sahədə birmənalı şəkildə təşkilatlanma var. Burada elm-təhsil, ekologiya, iqtisadiyyat, din, hərbi vətənpərvərlik istiqamətində təşkilatlar var. Yeri gələndə onlar birləşərək birgə fəaliyyət göstərirlər. Bütün bunlar bizim demokratik cəmiyyətimizin mühüm göstəricilərindəndir. Gənclər hərəkatında idmançılarımız da böyük əksəriyyət təşkil edir. Və hər bir gənc bilikli və bacarıqlı mütəxəssis olmaqla yanaşı, həm də sağlam olmalıdır. Bu hərəkatın da lideri olan Prezident İlham Əliyevi beynəlxalq səviyyəli yarışlarda idmançılarımıza dəstək verərək idmanımızın inkişafında gənclərimizi daha da ruhlandırır. Peşəkar idmançılar bayrağımızı yüksəldərək Azərbaycanın bir idman ölkəsi kimi tanınması üçün əlindən gələni edirlər.
- YAP Gənclər Birliyinin sədri kimi gələcəkdə hansı istiqamətdə layihələrin reallaşdırılmasını planlaşdırırsınız?
- Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu günədək səmərəli fəaliyyət göstərib. Gənclər Birliyinin son hesabat-seçki konfransında partiyanın rəhbər strukturlarında təmsil olunan şəxslər təşkilatın fəaliyyətini yüksək qiymətləndirdilər. Bildiyiniz kimi, YAP Gənclər Birliyi daim aktivlik nümayiş etdirərək gəncliyin ruhuna uyğun maraqlı layihələr həyata keçirib, daim cəmiyyətimizi düşündürən məsələlər, ictimai-siyasi proseslərlə bağlı öz mövqeyini ortaya qoyub. Partiyamızın rəhbərliyinin dəstəyi ilə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

