Siyavuş Novruzov: Milli komanda haqda belə fikir söyləmək yersizdir
07.04.2011 [09:48]
- Futbolla aranız necədir?
- Marağım çox yüksəkdir. Oyunları mütəmadi olaraq izləyirəm. ölkəmizdə keçirilən oyunları stadionda, səfərdəki qarşılaşmaları isə televiziya vasitəsilə izləməyə çalışıram. Azərbaycan çempionatını, yığmamızın rəsmi və yoldaşlıq görüşlərini diqqət mərkəzində saxlayıram. Hesab edirəm ki, futbolumuz inkişaf edir və gələcəkdə yaxşı nəticələr qazanacağıq.
- Millinin oyunlarını izləyirsinizmi?
- Demək olar ki, Bakıdakı oyunların hamısına baxıram. Bildiyiniz kimi, Milli Məclisin də futbol komandası var. Həmin komandanın üzvləri ilə birgə gedişatı daim izləyirik. Azərbaycan vətəndaşları stadionlara tez-tez gəlsələr, komandaya dəstək göstərsələr, bu millinin gələcəkdə daha yüksək nailiyyətlər qazanmasına əhəmiyyətli təsir göstərə bilər. Başqa ölkələrdə bunun şahidi oluruq. Stadionda demək olar boş oturacaq olmur. Komandalarını sona qədər dəstəkləyirlər. Bizim insanlar isə əksər vaxtlarda oyunları televiziya vasitəsilə izləməklə kifayətlənirlər. Stadionda ölkənin komandasını dəstəkləməyin daha məqsədəuyğun olduğunu hesab edirəm. Gələcəkdə vətəndaşların bu istiqamətdə hərəkət etmələri vacibdir.
- Belçika yığması ilə səfərdə keçirilən oyunla bağlı sizin təəssüratlarınız necədir?
- Komandamız pis oynamadı. Bu yığmaların qarşılaşmasında komandaların gücünü də nəzərə almaq lazımdır. Belçika Avropanın inkişaf etmiş və təcrübəli komandalarından biridir. Fiziki cəhətdən rəqibdən geri qalmağımız məğlubiyyətin əsas səbəbi oldu. Bundan əvvəl Türkiyə yığmasını məğlub etmişdik. Futbol elə oyundur ki, birini udur, digərinə uduzursan. Oyunun necə nəticələnəcəyini heç kim əvvəlcədən proqnozlaşdıra bilməz. Madrid “Real”ı ən güclü komandalardan hesab edilsə də, hesabat turunda “Sportinq”ə uduzdu. Bizim qapıya vurulan topların əksəriyyəti standart vəziyyətlərdən sonra qeydə alındı. Bu da onu göstərdi ki, komanda fiziki hazırlıqla yanaşı, psixoloji cəhətdən də tam hazır olmalıdır. Yəni görürsən ki, rəqibin qarşısını almağa gücün çatmır, həmin yerdə cərimə etməyə ehtiyac yoxdur. çünki arxada komanda yoldaşın var, o, səni sığortalaya, rəqibin qarşısını ala bilər. İndi dünya futbolunda elə tendensiya yaranıb ki, standart vəziyyətlərin 90 faizi qolla nəticələnir. Məsələn, Del Pyeronun cərimə zərbələrindən vurduğu topların əksəriyyəti qapıdan keçir. Bu cür şeyləri nəzərə almaq lazımdır. Yəni, strateji yerdə cərimə etmək olmaz. Qapıçımızın çıxışını təqdirəlayiq hesab edirəm. İkinci məsələ qapılara zərbə endirməklə bağlıdır. Uzaqdan qapıya zərbə endirmək lazımdır. Birincidə, ikincidə alınmasa da, üçüncüdə qol olacaq. Rəqib qapısına vurduğumuz qol isə peşəkar səviyyədə hazırlanmışdı. Bu cür oyunlar davam etdirilməlidir. Ruhdan düşmək olmaz. Kimlərsə komanda ilə bağlı bu və ya digər şəkildə fikirlər söyləyir, onlar səhv yoldadırlar. Həmin fikirlərə əsaslansaq, onda gərək bizimkiləri daş-qalaq edərdilər. Bu cür hallar futbolçularımızın mərhələli şəkildə həmin standartlara yavaş-yavaş çatmasından, ayrı-ayrı klublarda oynayıb püxtələşməsindən irəli gələn məsələlərdir. Qısa müddətdən sonra bunlar aradan qaldırılacaq. çünki Azərbaycanda futbola geniş diqqət ayrılıb. Uşaq futbolu inkişaf edir, yeni meydançalar tikilib. Yerli və yaxşı kadrlar həddən artıq çoxdur. Azərbaycan klubları artıq beynəlxalq miqyaslı yarışlarda uğurlu çıxış edirlər. “Neftçi”, “Xəzər-Lənkəran”, “Bakı”, “Qarabağ” kimi klubların adlarını qeyd edə bilərəm. Artıq bir müddətdən sonra yığma komandanı formalaşdırmaq üçün kifayət qədər potensialımız olacaq.
- Yeri gəlmişkən, məhz Belçika ilə matçdan sonra Milli Məclisdəki həmkarınız Sabir Rüstəmxanlı yığmanın üzvləri haqda xoşagəlməz ifadələr səsləndirib...
- Bu cür ifadələr səsləndirmək qəti şəkildə yolverilməzdir. Sabir Rüstəmxanlı yanlış şəkildə belə fikir səsləndirib. İdmançılarımız ölkə xaricində bayrağımızı qaldırır, himnimizi səsləndirir, xalqımızın maraqlarını müdafiə edir. Yəqin həmin ifadəni səsləndirərkən Sabir Rüstəmxanlı əsəbi olub. Qəti şəkildə bu fikri qəbul etmirəm. Hər bir insanın qarşısına hansısa şərt qoymaq olar. Ancaq yığma haqda belə fikir söyləmək yersizdir.
- Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqtsun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Fərqi istənilən futbol azarkeşi müşahidə edə bilər. Həm fiziki, həm futbolçuların oyuna hazırlanması, eləcə də komanda oyunu və futbolçuların püxtələşməsi baxımından irəliləyiş var. O, komandanı irəliyə aparır. Gələcəkdə də digər məsələləri həll edəcəyinə, yeni-yeni uğur qazanacağına inanıram.
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10

