/ / Əli Əhmədov: 28 may tarixi Azərbaycan xalqı və hər bir Azərbaycan vətəndaşı üçün kifayət qədər yüksək dəyər və əhəmiyyət kəsb edir
Əli Əhmədov: 28 may tarixi Azərbaycan xalqı və hər bir Azərbaycan vətəndaşı üçün kifayət qədər yüksək dəyər və əhəmiyyət kəsb edir
26.05.2011 [09:49]
- Əli müəllim, qarşıdan 28 May Respublika Günü gəlir. Bu günün tarixi əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- 28 May Azərbaycanın Respublika Günüdür. 1918-ci il may ayının 28-də Azərbaycan özünü müstəqil bir dövlət kimi elan edib. Xüsusilə, 28 may Azərbaycan tarixi üçün bu mənada xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycanda Şərqdə ilk demokratik respublika quruluşu elan edilmişdir. Beləliklə də, 1918-ci ilin 28 mayından Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunmuş demokratik ənənələrin əsası qoyulub. Azərbaycan xeyli bir müddət bu demokratik ənənələrindən, müstəqillik dəyərlərindən məhrum olsa da 20 ilə yaxındır ki, yenidən özünün müstəqilliyini bərpa edib. Bu il Azərbaycanın müstəqilliyinin bərpa ounmasının 20 illiyi payızda qeyd olunacaq. Əslində, 20 illiyini qeyd etməyə hazırlaşdığımız indiki müstəqilliyimiz 28 mayda qazanılmış müstəqilliyin üzərində qərar tutur və bu mənada, 28 may tarixi Azərbaycan xalqı və hər bir Azərbaycan vətəndaşı üçün kifayət qədər yüksək dəyər və əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyev zamanında söyləmişdir ki, müstəqillik böyük nemətdir. Təbii ki, müstəqilliyin böyük nemət olması hər bir vətəndaşı vadar edir ki, o öz müstəqilliyinin keşiyində dayana bilsin. 1918-ci ildə əldə olunan müstəqilliyimizi o zaman Azərbaycan özündən asılı olmayan səbəblər ucbatından qoruyub saxlaya bilmədi. Amma məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, dövlətimizin müstəqilliyi artıq 20 ildir ki, qorunub saxlanılır. Ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi müstəqilliyimiz əbədi və dönməzdir. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqilliyin bəhrəsini görür. Dövlətimiz müstəqillik ideyaları üzərində möhkəmlənib və dünyanın siyasi xəritəsində artıq çox əhəmiyyətli və önəmli yer tutubdur. Bunların hamısı 1918-ci ildə qoyulmuş müstəqillik, azadlıq, suverenlik ənənələrinin indiki tariximizdə reallaşmasının bilavasitə nəticəsi və bəhrələridir. Müstəqilliyimiz qorunur, bundan sonra da qorunacaqdır.
- Müstəqilliyimizin qarantı olan ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti Ulu öndər Heydər Əliyev siyasətinin davamlılığının təminatçısı kimi qiymətləndirmək olarmı?
- Hər zaman birmənalı şəkildə vurğulayırıq ki, cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi varisidir və Onun həyata keçirdiyi siyasət əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli siyasətimizin bilavasitə davamıdır. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə də, 2008-ci ildə ikinci dəfə təkrarən Azərbaycan xalqının göstərdiyi etimad əsasında Prezident mandatı qazananda da açıq şəkildə Ulu öndər Heydər Əliyevin siyasətinin alternativsizliyini vurğulayaraq, Onun siyasətini davam etdiriləcəyini qeyd etmişdir. Azərbaycan vətəndaşları cənab Prezidentin həyata keçirdiyi siyasətin Ulu öndərin müəyyənləşdirdiyi siyasətin davamı olduğunu açıq şəkildə görürlər. Cənab İlham Əliyevin fəaliyyəti Ulu öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsinin qarantı kimi də qavranılır. Bəlkə də Azərbaycanda 2003-cü ildə başqa bir nəfər prezident seçilsəydi, Ulu öndər Heydər Əliyev siyasətində müəyyən dəyişikliklər baş verərdi. Amma 2003-cü ildə Azərbaycan xalqının cənab İlham Əliyevin Prezident seçilməsinə səs verməsinin bir səbəbi o oldu ki, insanlarımız Onu Ulu öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı hesab etdi. ölkəmizin sürətli və dinamik inkişafı, həyatımızın bu dərəcədə dəyişməsi, Azərbaycanın simasının yeniləşməsi, bütün bunların hamısı bir yandan Ulu öndər Heydər Əliyev siyasətinin, digər tərəfdən isə, bu siyasətin məhz ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsinin bilavasitə nəticəsidir.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

