Dominikan şirkətləri Qarabağda abadlıq işlərinə qoşula bilər
15.03.2023 [11:00]
Bu ölkənin Azərbaycanda ilk səfiri: Bakıda qədimliklə müasirliyin vəhdətinə heyran oldum
Dominikan Respublikasının Ankarada iqamət edən Azərbaycan və Türkiyə səfiri Elvis Antonio Alam Loranın “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:
- Dominikan-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Azərbaycanda səfir kimi fəaliyyətinizin əsas istiqamətləri nədən ibarət olacaq?
- Mən Dominikanın Azərbaycandakı ilk səfiriyəm və bu, özlüyündə ikitərəfli münasibətlərimizdə tarixi bir hadisədir. Bütün dünyanı əhatə edən pandemiyadan müəyyən normallığı bərpa etsək də bizim marağımız diplomatik, mədəni və iqtisadi əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmaq və indiyədək uğurla inkişaf etdirdiyimiz ikitərəfli və çoxtərəfli şəkildə qarşılıqlı dəstəyi davam etdirməkdir.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşünüz zamanı da bildirmişdim ki, Dominikan Respublikası siyasi və iqtisadi baxımdan regionun ən sabit ölkələri sırasındadır. Dominikan azad ticarət müqavilələri sayəsində 1,2 milyarddan çox insanın bazara çıxışını təmin edir. Azərbaycan şirkətləri də ticarət və investisiya imkanlarından yararlana və bizimlə birgə layihələr üzrə çalışa bilərlər. Ölkəmiz kənd təsərrüfatında, xüsusilə tropik meyvə istehsalı sahəsində mühüm potensiala malikdir. Biz dünyada bir nömrəli üzvi banan və orqanik kakao istehsalçısıyıq.
- İki ölkə arasında mədəni əlaqələr haqqında nə deyə bilərsiniz? Humanitar sahədə insanlar və mədəniyyətlər arasında əlaqələrin yaxşılaşdırılması üçün hansı planlarınız var?
- Mən həmişə demişəm ki, bir ölkənin sərvəti onun mədəni müxtəlifliyidir. Dominikan da Azərbaycan kimi zəngin, mədəni müxtəlifliyə malikdir. Bizim böyük mədəni irsimiz var. Biz nəfis yeməklər hazırlayırıq və gözəl rəqslər yaradırıq. Ölkəmiz rəngarəngdir. Məhsullarımızı Azərbaycana gətirməyi planlaşdırırıq. Xatırladım ki, Amerikada ilk şəhər, ilk xəstəxana, ilk universitet Dominikanda olub.
- Dominikan Respublikası dünyanın məşhur turistik yerlərindən biridir. Azərbaycanla turizm sahəsində əlaqələr necədir? Hər iki ölkənin turizm sahəsinin inkişafı və təbliği üçün hansı addımların atılması planlaşdırılır?
- 2022-ci ildə Dominikana 8 milyon turist səfər edi?. Bu sahədə bölgənin əsas istiqaməti bizdədir. Turizm ölkənin ən mühüm və gəlir gətirən sahələrindən biridir. Məqsədlərimizdən biri də Azərbaycandan Dominikana gələnlərin sayını artırmaqdır.
- İki ölkə arasında birbaşa reyslərin açılması gözlənilirmi?
- Təəssüf ki, hələlik yox. Amma Bakıdan uçmaq üçün alternativlər var.
Hazırda Azərbaycan vətəndaşları üçün viza tələbinin aradan qaldırılması üzərində işləyirik ki, bu səfəri asanlaşdırsın.
- 30 ilə yaxın işğaldan sonra Azərbaycan nəhayət, 2020-ci ildə Qarabağ torpaqlarını geri qaytardı. Hazırda həmin ərazidə geniş tikinti və bərpa işləri aparılır. Prosesdə müxtəlif ölkələrdən şirkətlər iştirak edir. Dominikanın bu proseslərə qatılması gözlənilirmi?
- Mən təxminən 4 ay əvvəl Qarabağda idim. Hətta yeni hava limanından da istifadə etdim. Orada yeni yollar, tikinti işləri gördüm. Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma və bərpa işlərinin şahidi oldum. Dominikan və Azərbaycana gəlincə, bir-birimizi tanımaq üçün bizə vaxt lazımdır. Münasibətlərimiz hələ təzə qurulub. Ola bilsin ki, yaxın gələcəkdə şirkətlərimiz Qarabağda abadlıq işlərində iştirak etsinlər. Aramızdakı məsafəni də nəzərə almaq lazımdır.
- Qarabağın bölgələrinə səfərlərinizdən hansı təəssüratlarla ayrıldınız?
- Şuşa və ətraf rayonlarında, Füzulidə, Ağdamda da olmuşam. Çox dağıntılar vardı və bu çox məyusedici idi. Orada baş verənlərin şahidi olduq. Biz Azərbaycan hökumətinin o dağıntıların bərpası istiqamətində cəhdlərinə şahid olduq.
- Dominikan yaxın vaxtlarda Bakıda səfirlik aça bilərmi?
- Yuxarıda qeyd etdiyim kimi, münasibətlərimizdə addım-addım irəliləməliyik. Artıq Ankarada Azərbaycan nümayəndəliyimiz var, bu, ilk addımdır. Məndən soruşsanız ki, bunda potensial varmı, cavabım budur: təbii ki, var və niyə də yox.
- Yaxın gələcəkdə hansı yüksək səviyyəli səfərlər gözlənilir?
- Belə səfərlər bəzən planlaşdırılmamış və anidən baş verə bilər. Beləliklə, hər an Dominikandan Azərbaycana yüksək səviyyəli səfər ola bilər.
- Azərbaycan sizdə necə təəssürat yaratdı?
- Azərbaycanla bağlı fikirlərimi bu müsahibəyə sığdırmaq çətindir. Ona görə də bacardığım qədər ifadə etməyə çalışacam. İlk olaraq inşa olunan çox binalarda Bakının tarixini gördüm. Onlarda müxtəlif hekayələri göz önünə gətirmək mümkündür və bu memarlıq əsərləri insanı zamana səyahət etdirir, o memarlıq üslublarında sanki əsrləri əhatə edən dövrlərdən keçirsən.
Bakıda heyrətamiz parklar var. Akkreditasiya sənədini Azərbaycan Prezidentinə təhvil verəndən sonra 3 gün Bakıda qaldım və hər gün tarixlə, gözəl mənzərələrlə dolu günlər keçirdim, küçələrini gəzdim. Müxtəlif yerlərə getdim və bu səyahətim məni məmnun etdi. Bakıda diqqətimi çəkən məqam qədimlik və modernləşmənin inteqrasiyası oldu və bu, vəhdət çox xoşuma gəldi. Bir sözlə, Bakı həyatımda gördüyüm ən gözəl şəhərlərdən biridir. Əvvəllər də Bakını görmək arzusunda idim və nəhayət, gördüm.
- İnsanlarımız arasında hansı oxşarlıqları müşahidə etdiniz?
- Bizim xalqımız mehribandır, özünü gizlətmir, necə var elədir, siz də istiqanlı, səmimisiniz, yəni, bu oxşar cəhətlərimizdir. Ailə təməli, ailə adət-ənənələri, ailəyə inam da oxşar cəhətlərimizdəndir. Geyiminiz, dəbə uymanız və həyatdan zövq alaraq yaşamanız məni heyran etdi.
- Bakıya səfərinizdə paytaxtımızdan sizə xatirə qalan nəsə aldınızmı?
- Bəli! Gözəl bir xalça aldım. O xalça Bakı qədər mənə doğma və isti gələn bir xatirədir.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxAnalitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35

