Qarşılıqlı anlaşmanın tərəfdarıyam
07.02.2012 [12:33]
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının “www.gün.az”a müsahibəsi:
- Mübariz müəllim, son günlər yenidən amnistiya və əfv məsələləri gündəmə gətirilməkdədir. Yaz sessiyasının başlanması ilə əlaqədar mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev amnistiya aktı layihəsi üzərində iş getdiyini və bu baxımdan, sənədin bu il olmasa da, gələn il müzakirələrə çıxarılaraq qəbulunun istisna olunmadığını dilə gətirdi. Belə olan halda, siz, bir iqtidaryönlü millət vəkili kimi, bu barədə nə fikirdəsiniz, bunlara ehtiyac varmı?
- Bütün hallarda vətəndaşlarımızın islah olunaraq azadlığa çıxmasının tərəfdarıyam. Amma Azərbaycan hüquq dövlətidir və hüquq dövlətinin də tələbləri odur ki, hər kəs qanun qarşısında cavabdeh olsun və cavabını versin. O ki qaldı bu il amnistiya elan olunub-olunmamasına, bu barədə dəqiq məlumat verə bilmərəm.
Bildiyiniz kimi, Yeni il ərəfəsində Prezidentimiz imzaladığı Fərmanla bir neçə məhbusu əfv etmişdi. Amnistiya aktının qəbul olunması isə parlamentin səlahiyyətindədir. Parlamentdə bu cür təşəbbüslər həmişə olub, indi də ola bilər və bu yöndə təşəbbüslər, məsələlər gündəmdə olsa, mən də amnistiya qərarına tərəfdar çıxaram. Amma, hələlik, bu cür konkret təşəbbüsü irəli sürən olmayıb.
2013-cü ildə, məxsusi olaraq, amnistiya aktının qəbul ediləcəyi barədə fikirlər varsa və gələcəkdə belə bir qərar gündəmdə olarsa, mən ona da tərəfdar çıxardım. Mən bütövlükdə cəmiyyətdə əmin-amanlığın, qarşılıqlı anlaşmanın tərəfdarıyam və qeyd etdiyim kimi, bizim həbs yerlərində olan vətəndaşlarımızın tezliklə islah olunaraq azadlığa çıxmalarını istərdim.
- Millət vəkili İqbal Ağazadə konkret olaraq Bəxtiyar Hacıyevin, Arif Hacılının, Tural Abbaslının amnistiya ilə azad olunmasını təklif edib. Sizcə, konkret olaraq adları çəkilənlərin və digərlərinin azadlığa buraxılması elə həmin əmin-amanlığa və qarşılıqlı anlaşmaya gedən yolda bir addım olmazdımı?
- Adları çəkilənlər konkret müəyyən cinayət hadisəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərdir. Onların haqqında məhkəmə hökmü var və həmin şəxslər məhkəmə hökmü ilə əlaqədar öz hüquqlarından istifadə edərək apelyasiya qaydasında şikayətlərini veriblər. Onların əfv edilməsi ölkə başçısının səlahiyyətində olan məsələdir və əgər amnistiya qərarı qəbul olunarsa, bu şəxslər də oraya düşərsə, bu, məqbul sayıla bilər. Amma bu gün onlarla bağlı konkret bir fikir də söyləyə bilmərəm.
O ki qaldı əmin-amanlıq, qarşılıqlı anlaşma, siyasi birlik, sabitlik və vətəndaş sülhü məsələsinə, bunların hamısı Azərbaycan cəmiyyətində var. Azərbaycan cəmiyyətində dialoq mühiti də, sabitlik də, siyasi həmrəylik də, vətəndaş sülhü də mövcuddur. Bunlar ayrı-ayrı şəxslərə bağlı məsələlər deyil. Hansısa konkret bir şəxsin həbsdə olub-olmaması vətəndaş sülhünə mənfi təsir göstərən amil deyil...
- Həmin şəxslər siyasi və ya vicdan məhbusları kimi təqdim olunurlar. Hətta, bir xeyli müddət əvvəl Avropa Şurası Parlament Assambleyası yenidən Azərbaycanda “siyasi məhbus” problemi ilə əlaqədar olaraq öz məruzəçisini təyin edib. Bu baxımdan, siz də həmin şəxsləri siyasi və ya vicdan məhbusları hesab edirsinizmi, həmçinin, ümumiyyətlə, Azərbaycanda belə məhbusların olması qənaətini bölüşürsünüzmü?
- Mən Azərbaycanda siyasi və ya vicdan məhbusu olması fikrinin tərəfdarı deyiləm. Yəni, bu cür səsləndirmənin əleyhinəyəm. Bütövlükdə siyasi məhbus fikir və düşüncəyə görə təqib olunan şəxslərə deyilir. Siyasi fikir daşıyıcılığına, daşıdığı siyasi xəttin tərəfdarı olduğuna görə təqib olunan şəxslərə bu termin şamil olunur. Azərbaycanda isə siyasi xəttə, siyasi iradəyə, siyasi düşüncəyə görə heç kim təqib edilməyib.
Həmin şəxsləri də mən siyasi və ya vicdan məhbusları hesab etmirəm. Həmin şəxslər konkret törətdikləri cinayət əməlinə görə məhkəmə qərarı ilə həbs olunublar. Onların Avropa Şurası, o cümlədən, digər qurumlarda siyasi və ya vicdan məhbusları adlandırılması da məntiqə sığmır, bütövlükdə beynəlxalq aləmdəki hüquq sistemində mövcud olan konvensiyalardan irəli gələn prinsiplərə də sığmır.
O adamlar siyasi məhbus adlana bilər ki, onlar hansısa bir siyasi fəaliyyətə və siyasi fəaliyyəti zamanı yaydığı, danışdığı, söylədiyi fikrə görə təqib olunsunlar. Amma bu şəxslərin həbsi konkret yaydıqları fikrə, sözə görə deyil, törətdikləri əmələ görədir. Biri ordudan yayınmaya, digərləri isə konkret 2 apreldə törədilən iğtişaşlara görə həbsdədirlər. Odur ki, bunların həbsi düşüncəyə görə olmadığı üçün həmin şəxslər siyasi və ya vicdan məhbusları kimi qələmə verilə bilməz.
Bu cür qələməvermələrin arxasında başqa niyyətlər güdülür, bu kimi qeyri-obyektiv, qeyri-dəqiq istilahlar dayanır.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09

