Vətəndaşların pulsuz səyyar tibbi müayinəsi təşkil edilib
11.07.2012 [23:43]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının təşəbbüsü, Nizami RİH və Səhiyyə Nazirliyinin dəstəyi ilə Keşlə qəsəbəsində vətəndaşların pulsuz səyyar tibbi müayinəsi təşkil edilib. Keçirilmiş aksiyada Nizami rayonu ərazisindəki səhiyyə ocaqlarından 30-a yaxın müxtəlif sahələr üzrə ixtisaslı həkimlər iştirak ediblər.
Belə ki, terapevt, cərrah, endokrinoloq, ginekoloq, pediatr, uşaq endokrinoloqu, kardioloq, kardi-revmatoloq, oftalmoloq, okulist, LOR mütəxəssisləri, o cümlədən, vərəmlə mübarizə tədbirləri çərçivəsində ftiiziatrlar, səyyar fluoqrafiya rentgen maşını, funksional diaqnostika, ultra səs müayinəsi və səyyar laboratoriya mütəxəssislərinin iştirakı ilə 300-ə yaxın sakin pulsuz tibbi müayinə edilib.
Nizami rayonu ərazisində ilk dəfə belə bir tədbirin keçirildiyini deyən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bu kimi aksiyaların vətəndaşlarımızın sağlamlığına xidmət etdiyini bildirib. Dövlətin qulluğunda duran hər bir kəsin vətəndaşlar üçün əlindən gələni etməyə borclu olduğunu deyən millət vəkili, bir həkim kimi gələcəkdə də bu cür tədbirlərin davamlı olması üçün çalışacağını söyləyib.
Qeyd edək ki, vətəndaşlar da bu cür aksiyaların keçirilməsini dövlətin onlara olan diqqət və qayğısı kimi dəyərləndiriblər. Keşlə qəsəbəsinin 58 yaşlı sakini Sünbül Həsənəliyeva gözlərinin zəifliyindən, habelə ayaq ağrılarından şikayətləndiyini bildirib. Lakin həm vaxt, həm də maddi cəhətdən imkanları məhdud olduğu üçün çoxdandır həkimlər tərəfindən müayinə olunmadığını vurğulayıb: “Bu gün hər iki mütəxəssis özü burdadır. Bu, mənim vəziyyətimi xeyli asanlaşdıracaq”.
9 yaşlı qızı Fatimə Vəliyevanı müayinəyə gətirən qəsəbə sakini Səkinə İbrahimova da tədbirin təşkilatçılarından razılıq edib.
Onu da qeyd edək ki, müayinə olunanlar arasında müalicə üçün imkanı olmayan əksər xəstələrə yardımlar da edilib.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

