Nərimanov rayonunda ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
18.07.2012 [00:36]
Sonra RİH başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edərək ötən ilin və 2012-ci ilin birinci yarısının ölkəmiz üçün uğurlu olduğunu vurğulayıb. Ş.İbadov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli strategiyanın hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafının daha da sürətləndiyini, respublikamızın regionda və dünyada özünü tam təmin edən güclü bir dövlətə çevrildiyini diqqətə çatdırıb.
Ş.İbadov bildirib ki, cari ilin birinci yarısında rayon üzrə 1368 daimi iş yeri açılıb. Hesabat dövründə əsas kapitala 106,5 milyon manat məbləğində investisiya qoyulub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən iki dəfə çoxdur. Hazırda 450 ailənin mənzil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Daha 400-450 ailənin mənzil şəraitinin də yaxşılaşdırılması nəzərdə tutulub. Hesabat dövründə rayonun məhəllədaxili yollarına 30,5 min kvadratmetr sahədə asfalt örtüyü salınıb.
Qeyd edilib ki, qış mövsümünə hazırlıq məqsədilə 5 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən müxtəlif diametrli 810 poqonmetr boru dəyişdirilib, korroziyaya qarşı izolyasiya qatı çəkilib, müxtəlif 12 siyirtmə dəyişdirilib, 52 nasos və 8 mühərrik təmir olunub. On yaşayış binasının istilik sistemləri əsaslı təmir olunub, rayonun elektrik enerjisi ilə fasiləsiz təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.
Bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda xüsusilə təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilib. Rayonun üç orta məktəbi və altı uşaq bağçası əsaslı təmir olunaraq yeni avadanlıqla təchiz olunub. Mədəniyyət və tibb sahəsində də bir sıra işlər görülüb. Rayonun 35 və 23 nömrəli musiqi məktəblərində təmir işləri davam etdirilir, 7 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasında isə bu işlər başa çatıb.
“İdman ili” ilə əlaqədar Nərimanov rayon Gənclər və İdman İdarəsi tərəfindən geniş tədbirlər planı hazırlanıb və ona uyğun olaraq altı ayda bir sıra idman yarışları keçirilib.
Qeyd olunub ki, hesabat dövründə RİH və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən fərdi jurnalistika müsabiqəsi keçirilib, qaliblər mükafatlandırılıblar. Bundan əlavə, xalqımızın tarixində əlamətdar hadisələrin ildönümləri ilə əlaqədar rayon ərazisində də bir sıra anma mərasimləri keçirilib.
Məruzəçi rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin olunması və digər istiqamətlərdə həyata keçirilən tədbirlərdən də danışıb.
Digər çıxış edənlər də cari ilin birinci yarısında rayonda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb, təkliflər irəli sürüblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

