Aİ “missiyası”nın binoklu sıradan çıxıb?
24.04.2024 [10:40]
“Durbinçilər dəstəsi” araqarışdıranları “görmür”
Aprelin 19-da Azərbaycan və Ermənistan arasında müvafiq sərhəd delimitasiyası və demarkasiya komissiyalarının səkkizinci görüşünün nəticələri regiona yeni perspektiv vəd edir. Belə ki, Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi uzun illərdir ki, əldə edilə bilməyən sülhün gerçəkləşməsi üçün zəmin formalaşdırıb. Xüsusilə, qısa zaman kəsiyində kəndlərin təhvil verilməsi üçün işlərə başlanılması buna inamı gücləndirir. Xatırladaq ki, erməni istehkamçılar aprelin 22-dən Aşağı Əskipara kəndində Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar. Erməni mətbuatının yaydığı məlumatlara görə, Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək.
Sülhə təhdid - revanşistlərin məqsədi...
Ermənistan dövlətinin atdığı bu addım isə yenidən bir sıra revanşist qüvvələr tərəfindən təhdid edilir. Məsələn, adıçəkilən regionda yaşayan bir qrup erməni kəndlərin Azərbaycana qaytarılmasına qarşı çıxıb. Vəziyyət aprelin 22-də polislə qarşıdurmaya qədər kəskinləşib. Erməni əhalisi Tavuşda minalanmış sahələrin təmizlənməsinin qarşısını almaq üçün öz mövqelərinə basqın ediblər. Bir neçə gündür davam edən bu etirazlar hətta qarşıdurma səviyyəsinə çatdırılıb. Revanşist müxalifət tərəfindən məqsədli və sülhə mane olmaq üçün qızışdırılan əhalinin minalardan təmizləmə işinə mane olmasının qarşısını almaq üçün minalardan təmizləmə işlərinin başlandığı ərazidə polislər canlı divar düzəldiblər. Qeyd edək ki, Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Ermənistanın Tavuş vilayətində Gürcüstanla dövlətlərarası avtomobil yolunun bağlanması zamanı xuliqanlıq etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb. Sakinlərlə danışıqlardan sonra onlar yolu açmağa razılaşıblar.
Revanşistlərin qızışdırdıqları Kirants kəndinin bəzi sakinləri də ərazilərin minalardan təmizlənməsinə mane olurlar. Ermənistan-Gürcüstan dövlətlərarası yolunu kəsən etirazçılar isə magistralda tonqal qalayıblar və gecəni orada keçirəcəklərini bəyan ediblər. Yayılan son məlumatlara görə isə, Ermənistan polisi Bağanis-Ayrımdan Əskiparaya (Voskepar) gedən yolu bağlayıb. Kənd sakinləri yolun açılmasını tələb ediblər. Erməni mətbuatının məlumatına görə, artıq dünəndən etibarən faktiki olaraq Bağanis Ayrım ərazisində demarkasiya işləri aparılıb və erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ məhdudlaşdırılıb.
Missiya “yoxa” çıxıb...
Göründüyü kimi, artıq iki dövlət arasında sülhün bərpası üçün yeni mərhələ formalaşıb. Bu mərhələyə mane olmaq istəyən qüvvələr isə ənənəvi şəxslər və ya qruplardır - revanşist müxalifət və kilsə. Təsadüfi deyildi ki, erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan sülhə etiraz edənləri əsas qızışdıran şəxslərdəndir. Bu isə illərdir ki, davam edən gərginliyin bitməsinə hesablanmış prosesi şantaj etmək, sabotaj etməkdir.
Bəs görəsən, aylardır Ermənistandakı ofislərinin və işçilərinin sayının artırılmasının “qayğısı”nı çəkən Aİ-nin müşahidə “missiyası” niyə susur? Axı, baş verənlər onların “xidməti ərazilərində” “reallaşır”. Digər vaxtlarda Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün “səfərbər olduğunu” deyən Aİ bu mane olanları öz “hesabatına” salırmı? Durbinlə üzü Azərbaycana boylanan ölkə səfirləri haraya qeyb olublar? Onlar niyə gəlib məsələləri yerində araşdırmırlar və bildirmirlər ki, Azərbaycan tarixi torpaqlarını geri qaytarır. Bu kimi etirazlar bütövlükdə prosesə ziyandır?
Sülh qapıdadır...
Görəsən, sülhün qapıda olduğu bir zamanda Əskiparadakı müharibə şüarları səsləndirənlərin səsini ABŞ və ya Fransa səfirliyi, Aİ-nin bir addımlıqdakı ofisinin nümayəndələri eşitmirmi? Bu informasiyaları niyə öz ölkələrinə və ya Brüsselə ötürmürlər? Niyə hesabat tərtib etmirlər? Niyə baş verənləri sülhə doğru təhdid adlandırmırlar? Nəhayət, niyə Azərbaycanın haqlı mövqeyi dəstəklənmir?
Axı, zaman-zaman fərqli mövqelərin çox şahidi olmuşuq. Ölkəmizə qarşı təxribatların cavablandırılmasının “sülhə təhdid” adlandırılmasının şahidi olmuşuq. “Böyük dövlətlərin” “böyük adamları” saatlarla əlində durbin Azərbaycana sarı boylanıb. İndi niyə səsləri çıxmır, özləri görünmür? Axı, revanşist müxalifətin məqsədi bəzi sakinlərin əli ilə bölgədə yeni qarışıqlıq və prosesə kölgə salmaqdır.
Yenə də özləri özlərini ələ verirlər - bütün bəyanatların, durbinsevərlərin şərti sərhəd boyu var-gəli, ofislərin və işçilərin artırılması, bir sözlə, bütün detallar əksinə, sülhü gecikdirməyə xidmət edirdi. Sülh isə uzaqda deyil, qapıdadır. Aİ “missiyasının” gedəndə arxasınca bağlamağı unutmamalı olduğu qapıda...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

